HİKMƏT AKADEMİYASI
27-11-2025, 15:54

Bir gün şeyx Əbdülqadir Geylani tələbələri ilə birlikdə qədim Bağdadın küçələrində gedərkən yolun kənarında yerə yıxılıb qalmış, üstü-başı çirkaba batmış bir sərxoş onu səsləyir və ona "Ey Əbdülqadir, Allah Qadirdirmi, deyildirmi?"-deyə sual verir.
Şeyx gülümsəyir və "Bəli, Qadirdir,"-deyir.
Sərxoş ikinci dəfə, "Ey Əbdülqadir, Allah Qadirdirmi, deyildirmi?"-deyə yenə sual verir.
Şeyx yenə gülümsəyərək eyni cavabı verir: "Bəli, Qadirdir."
Sərxoş əl çəkmir və üçüncü dəfə sualını təkrar edir:
"Ey Əbdülqadir, Allah Qadirdirmi, deyildirmi?"
Şeyx bu dəfə ağlayır ve səcdəyə qapanır, düz üc dəfə "Qadirdir! Qadirdir! Qadirdir!"-deyir. Sonra isə tələbələrinə o sərxoşu götürüb çimizdirmələrini, yaxşı geyindirmələrini, yedirib- icirmələrini tapşırır.
Bu hadisəyə şahid olan tələbələr heç bir şey anlamadıqlarından, Şeyxdən sərxoşun ondan nəyi soruşduğunu və onun verdiyi cavabarın mənasını soruşurlar.
Şeyx belə cavab verir:
Birinci dəfə məndən, "Allah məni əfv etməyə qadirdirmi, deyildirmi?" deyə sorusdu, mən də "Qadirdir," - dedim.
İkinci dəfə məndən "Allah məni sənin yerinə qoymağa qadirdirmi, deyilmi?"-deyə soruşdu, mən də "Qadirdir,"-dedim.
Üçüncü dəfə məndən "Bəs səni necə, mənim yerimə qoymağa qadirdirmi, deyildirmi?"-deyə soruşdu, mən də qorxumdan ağladım və "Qadirdir! Qadirdir! Qadirdir!"-dedim, səcdəyə qapanıb Allahdan hidayət nemətini məndən almasın və afiyətini üzərimə daim qılsın, deyə dua etdim,"-dedi.
P.S.Ey Allahım! Bu dünyaya qərib kimi gəldik,qonaq kimi yaşadıq,axirətə Sən-in dostun kimi getmək istəyirik. Bizi Sən-in dostun olmaq şərəfindən məhrum etmə!
Есмира Шукурова
TEREF

