Orxon abidələri Bilgə xaqandan başqada yazılar yazan olub
2-12-2025, 10:04

Çox insan düşünür ki, Orxon abidələri məhz Bilgə xaqan tərəfindən yazılıb. Çinli araşdırmaçı Hao Çen isə abidələri yenidən oxuyaraq bu yazılara sonradan iki əlavənin olunduğunu deyir. Bunlardan birincisi Bilgə xaqanın oğludur: Teŋri Teg Teŋri Yaratmış Türk Bilgə Xaqan (734-740). Bilgə xaqan abidəsinin son mətnlərini oğlu yazdırıb. Yasa hansı ölkələrdən səfirlərin gəldiyini qeyd edib.
Digəri isə onun qardaşı Teŋri Teg Teŋride Bolmış Türk Bilgə Xaqan (740-741). Bu xaqan Kül Tigin abidəsinin cənub üzünü yazdırıb. Bu fikri iddia etmək üçün əsaslardan biri odur ki, Bilgə xaqan 716-cı ildə taxta çıxsa da, Kül Tigin abidəsində "indi taxta oturdum" ifadəsindən istifadə edir. Halbuki Kül Tigin 732-ci ildə ölmüşdü. Bundan əlavə xaqanın yürüş etdiyi yerlər şərqdə və cənub tərəflərində fərqlidir. Mətndə ümumiyyətlə Kül Tigindən bəhs edilmir, çünki Kül Tiginə dəxli yoxdur.
Hao Çen deyir ki, əslində hamının Bilgə xaqana aid bildiyi "Türk xaqanı Ötükəndə qalmalıdır", "ancaq buradan idarə etməklə Çinlə ortaq səviyyədə olmaq olar", "çinlilərin sözü şirindir, aldanmayın", "Çinə getməyin, zəifləyəcəksiniz" sözləri də ona aid idi. Bilgə xaqanı bunu deməyi qəribə olardı. Heç kim Çinə getmirdi (Qapağanın oğullarından başqa), dövlət ən güclü dövrlərindən birini yaşayırdı. Teŋri Teg Teŋride Bolmış Türk Bilgə Xaqan dövrü isə xüsusilə çətin idi, öz xalqının dəstəyini sürətlə itirirdi. Qorxuları yersiz deyildi. Çox keçmədi ki, elə bu xaqan da öz əmisioğlu Pan Kül Tigin tərəfindən öldürüldü və dövlət 5 il keçmədən dağıldı.
Cavid Ağa
TEREF

