ÖLÜM HƏR ŞEYİ BƏRABƏRLƏŞDİRİR...

4-12-2025, 00:03           
ÖLÜM  HƏR  ŞEYİ  BƏRABƏRLƏŞDİRİR...
Hatay Muzeyindəki bir sarkofaqdan sitatlar:
Divarda yazılmış sözlər eramızın 65-ci ilində vəfat etmiş Seneka adlı bir filosofa aiddir.
*Pulla alınan sədaqət daha çox pulla da satıla bilər.
*Başlayan hər şey bitir.
*Böyük sərvət böyük bir köləlikdir.
*Ölüm bəzən cəza, bəzən hədiyyə və çox vaxt nemətdir.
*Yer üzündə gün işığına belə layiq olmayan bir çox insan var, amma günəş hər gün yenidən doğur.
*Həyatın komediya olduğunu düşünənlər, son zarafatı diqqətlə düşünməlidirlər!
*Əgər yaşayırsa, hələ də ümid var.
*Az şeyə sahib olan deyil, çox şey istəyən kasıbdır.
*Həyatı itirməkdən daha ağrılı bir şey var: yaşamın mənasını itirmək.
*Unutmasan sənin, bağışlamasan , onun canı acıyacaq.
Unutmayın, bağışlamaq və unutmaq yalnız yaxşı insanların qisasıdır.
*Ey həyat, sənin bu qədər əziz tutulman, ölüm sayəsindədir.
*Unutma ki, birlikdə olduğun insanın keçmişini araşdırmaq, onunla birlikdə qurmağa ümid etdiyin gələcəyi məhv etməkdən başqa bir məqsədə xidmət etmir.
*İnsanları tanımaq üçün, onları sınamaqdan qorxma; çünki itirilməli olanlar ilk vaxtından itirilməlidirlər.
*Gəncliyində bilik ağacını əkməyən, qocalığında ona təsəlli verəcək kölgə tapmayacaq.
*Yüngül ağrılar danışa bilər, amma dərin ağrılar laldır.*
Seneca
Есмира Шукурова












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru