“Professor Tomson bu gün öz eşşəkləri ilə görüşə bilməyəcək”.

18-12-2025, 11:54           
“Professor Tomson bu gün öz eşşəkləri ilə görüşə bilməyəcək”.
Sosial şəbəkələrdə lağlağıya, zarafata meyl bir az güclüdür.
Bu, bəlkə də normal durumdur. Hər sözün başına ip salıb şəbədəbazlıq etməklə pozitiv emosiyalara köklənmək, ya da söz oynatmaqda ustalıq göstərmək adamların xislətindən gəlir.
Amma lağlağı da edəndə gərək Uilyam Tomson kimi edəsən.
O, Böyük Britaniyanın məşhur fiziklərindən olub. 1824-1907-ci illərdə yaşayıb. “Lord Kelvin” ləqəbi ilə də tanınırdı. Daha çox termodinamika, mexanika və elektrodinamika məsələləri ilə məşğul olurdu.
Yazacağım faktsa adamın söz ustalığı sahəsində də nə qədər mahirliyindən xəbər verir.
Deməli, günlərin birində müəllim hansısa vacib səbəbdən universitetdəki mühazirəsini təxirə salmalı olur. Yazı taxtasına bununla bağlı əvvəlcədən belə bir bildiriş yazır: “Professor Tomson will not meet his classes today” – yəni, “Professor Tomson bu gün öz sinfi ilə görüşə bilməyəcək”.
Şuluq tələbələr professorla zarafatlaşmaq üçün “class” sözündəki birinci hərfi pozurlar. Məna tamam dəyişir: “Professor Tomson will not meet his lasses today” – “Professor Tomson bu gün öz məşuqələri ilə görüşə bilməyəcək”.
Dərslərin sonuna doğru necə olursa, o, girir sinfə, lövhədəki yazını görüb qımışır, sözdəki bir hərfi də pozub çıxıb gedir. Lövhədə qalır: “Professor Tomson will not meet his asses today” – “Professor Tomson bu gün öz eşşəkləri ilə görüşə bilməyəcək”.
Yadigar Ceferli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru