Qərbi Avropada Rusiya ekosistemi: Almaniya və Fransada propaqanda, kilsə və diaspora üzərindən təsir

14-12-2025, 00:01           
Qərbi Avropada Rusiya ekosistemi: Almaniya və Fransada propaqanda, kilsə və diaspora üzərindən təsir
Media əməliyyatları

Rusiya rəsmi propaqanda alətlərinin Fransada güclənməsi Krımın ilhaqından sonra başladı. 2014-cü ildə propaqanda saytı olaraq qurulan və qısa müddətdə dünyaya yayılan “Sputnik”in Fransa nümayəndəliyi 2015-ci ildə açıldı (Euractiv, 2015). 2017-ci ildə isə “RT France” fəaliyyətə başladı (Le Parisien, 2019). Özlərini “alternativ media” kimi təqdim edən və polis zorakılığı, miqrant böhranı, COVID siyasəti, Avropa İttifaqı və NATO əleyhinə ritorika üzərindən auditoriya toplayan bu propaqanda orqanları xüsusilə “sarı jiletlilər” hərəkatı dövründə xüsusilə onlayn mediada böyük populyarlıq qazandılar. 2019-cu ildə Avaaz təşkilatının hazırladığı hesabat göstərirdi ki, “sarı jiletlilər” hərəkatı ilə bağlı “Facebook”da yayılan saxta xəbərlər 100 milyondan çox baxış toplayıb və bu ekosistemdə “RT France” “YouTube”da “Gilets jaunes” mövzusunda ən çox izlənən kanallardan birinə çevrilib. Hesabata görə, “Russia Today” olmasaydı sarı jiletlilərin internetdəki varlığı bu qədər böyük olmazdı (La Stampa, 2019),

2022-ci ildə Avropa İttifaqının sanksiyaları “Sputnik” və “RT France”nın da dayandırılmasına və izləyici itkisinə səbəb oldu (The Russian Program, 2024). Ancaq Rusiya propaqandası özünü çox tez toparladı. “Sərhədsiz Reportyorlar”ın 2024-cü il hesabatında Fransada RT-nin məzmunlarına çıxışın uşaq oyuncağı qədər asan olduğu bildirilirdi. Sənədə görə, hesabat dövründə RT-nin ingilis, alman, ispan, ərəb dillərindəki versiyalarına Fransada VPN olmadan 50-dən çox sayt və sosial media hesabı üzərindən giriş mümkün olub (RSF, 2024).

Digər tərəfdən tədqiqatlar göstərir ki, eynilə Almaniyada olduğu kimi Fransada da alternativ platformalar, güzgü saytlar, proksi şirkətlər kimi mexanizmlərdən geniş istifadə edilir (Didreot Komitəsi, 2024). Məsələn, fransızca yayılan “@Vbachir” kanalı Rusiyanın qlobal miqyasda dezinformasiya yayan 50 Telegram kanalı arasında ən məşhurlarındandır. 2022-ci ildə yaradılan və Rusiya narrativlərini-yalanlarını yayan bu kanal ümumilikdə 53 mindən çox məqalədə mənbə olaraq göstərilib (DFRLab, aprel 2025).

2024-cü ildə Fransa hökuməti Rusiyaya bağlı aktorların ölkədə onlarla saxta xəbər portalı, sosial media şəbəkəsi və kiber əməliyyatlar vasitəsilə sistemli müdaxilə həyata keçirdiyini aşkar edib. Ölkədə VİGİNUM tərəfindən aparılan monitorinq “Portal Kombat” və ya “Pravda network” adlandırılan şəbəkəyə daxil olan 220-dən çox saxta “informasiya portalı”nı aşkar edib (Prime Ministre FR, 2024). Fransa XİN xüsusi bəyanatla bu şəbəkəni ictimaiyyətə açıqlayıb, VIGINUM-un texniki hesabatına istinad edərək, məqsədin həm Ukraynanın legitimliyini sarsıtmaq, həm də Avropa Parlamenti və milli seçkilər ərəfəsində AB daxilində ictimai rəyin manipulyasiyası olduğunu bildirib (Fransa XİN, 2024).

“Le Monde”hətta 2025-ci ildə belə RT, “Sputnik”, “Rossiya 1”, “RTR-Planeta” və s. propaqanda məzmunlarının Fransada əlçatan olduğunu bildirir. Qəzetə görə, əsas səbəb “Orange”, “Free”, SFR, “Bouygues” kimi ISS-lərin sanksiyaları tam tətbiq etməməsi, peyk operatoru “Eutelsat”ın rus kanallarını kəsmə məsələsində ləngliyi, “Arcom”un isə tədbir görməkdə geri qalmasıdır (Le Monde, mart 2025).

Rusiyanın Fransadakı media üzərindən propaqanda əməliyyatları yalnız rəsmi dövlət kanalları ilə də məhdudlaşmır - katolik-mühafizəkar media, suverençi bloglar, həmçinin “Bolloré mediası” kimi sağ-populist televiziya şəbəkələri də Moskva narrativlərinin daşıyıcıları arasındadır. “RT France”nin keçmiş baş redaktoru Kseniya Fyodrovanın Rusiya dəstəkçisi milyarder Vensan Bollorenin sahibi olduğu media orqanında yenidən ortaya çıxması da bunun bariz nümunələrindən biridir (Le Monde, may 2025).

Rusiyanın Fransaya qarşı hibrid müharibəsində kiber əməliyyatlar da xüsusi yer tutur. 2015-ci ildə “TV5Monde” kanalına edilən hücum nəticəsində teleşəbəkənin yayımı saatlarla iflic oldu; sonradan Fransa və beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri bu əməliyyatın QRU ilə əlaqələndirilən “APT28/Fancy Bear” qrupunun işi olduğunu açıqladılar (Radware, 2024).

2017-ci ilin prezident seçkilərində Rusiyanın hərbi kəşfiyyat orqanı - QRU tərəfindən hazırlanan xüsusi proqramla “Macron Leaks” adlı haker və sızdırma əməliyyatı keçirildi. Emmanuel Makronun kampaniyasına aid təxminən 15 GB həcmində material və 20 minə yaxın e-mail oğurlanaraq səsvermədən cəmi iki gün əvvəl sızdırıldı. Bu əməliyyat ABŞ-dakı radikal sağın X dəstəyi və “Telegram” kanalları vasitəsilə geniş şəkildə yayıldı. (İCCT, 2024g)

Paris bu hücumlarda Moskvanı açıq şəkildə qınamaqdan uzun müddət çəkindi, ancaq bu ilin aprelində Fransa XİN-in xüsusi bəyanatında həm “TV5Monde” hücumu, həm “Macron Leaks” əməliyyatı, həm də Paris Olimpiadası ilə bağlı qurumlara qarşı edilən kiberəməliyyatların birbaşa Rusiyanın hərbi kəşfiyyatının – GRU-nun “APT28” qrupunun işi olduğu bildirildi (Fransa XİN, aprel 2025).

Soft pover - rus kilsəsinin diasporu ələ keçirməsi və katolik ortaqlığı

Fransa Rusiyanın yumşaq güc (soft power) baxışında imtiyazlı mədəni statusa malikdir. Müharibələrarası dövrdə yüzminlərlə rus mühacirinin Fransaya gəlməsi və bu günə qədər ölkədə mövcudluqları Fransanı rus mədəni narrativlərinə xüsusilə açıq edib. Moskva Patriarxlığı ilə Rusiya xaricindəki Rusiya Pravoslav Kilsəsi arasında 2007-ci ildə əldə edilən kanonik razılaşmadan sonra Rusiya bir çox rus miqrant qruplarına nəzarəti ələ alıb. Buna qarşı çıxanlar olsa da Moskva istədiyinə böyük ölçüdə nail olub. 2016-cı ildə tikilən Avropanın ən böyük pravoslav kilsəsi Moskvanın Qərbi Avropanın ortasında yenidən artan gücünü nümayiş etdirmək üçün Parisi seçdiyinin sübutu olaraq göstərilir (OpenSocietyİnstitute, 2018 b).

Fransada katoliklikdən pravoslavlığa keçən bəzi tanınmış isimlərin buradakı rolu da Fransa ilə Rusiya arasındakı dini bağların müşahidəçilərin qeyd etdiyindən belə dərin olduğunu göstərir.

Fransada yenidən canlanmaqda olan siyasi katolisizm də Rusiyaya “ənənəvi dəyərlər” gündəliyinə həssas olan yeni həmfikirlər tapmağa kömək edib. Son illərdə Moskvanın Vatikanla münasibətlərinin istiləşməsi, eləcə də pravoslav rəsmilərinin Papa Fransisklə mütəmadi görüşləri Rusiyanı dünyanın müxtəlif yerlərində bir çox katolikin diqqət dairəsinə gətirib (Laruelle, 2018ç).

Rus Pravoslav Kilsəsi Fransadakı rus diasporasından və mühafizəkar dəyərlər mövzusundan “giriş qapısı” kimi istifadə edərək, Rusiyanın Fransadakı maraqlarını Fransa siyasi sinfinə və Fransa korporasiyalarına çatdırmaq hədəfi ilə çalışır. Kilsə nəzdindəki fondlar isə Fransada rus mühacir assosiasiyalarını maliyyələşdirir (CSİS, 2022d).

Fransız anti-gey-evlilik hərəkatı “La Manif pour tous”, abort əleyhinə “Alliance Vita” assosiasiyası, fransız ifrat sağını və fundamentalist katolikləri, Əsəd tərəfdarı qrupları və Rusiyanı birləşdirən “SOS Chrétiens d’Orient” təşkilatı da Rusiyanın müttəfiqləri arasındadır (CSİS, 2022e).

NƏTİCƏ

Almaniya və Fransa nümunəsi göstərir ki, bu bölgədə Rusiya propaqandası mövcud daxili zəifliklərdən sistemli şəkildə yararlanma üzərində qurulub. Berlin və Parisin tarixi travmaları, sosial narazılıqlar və siyasi qütbləşmələr Moskva propaqandası üçün əsas qida mənbələridir. Enerji asılılığı, böyük biznesin Rusiya ilə bağlı mənfəətləri, radikal sağ və sol-populist partiyalarla müttəfiqlik, pravoslav və katolik şəbəkələri, rusdilli diaspora və digər yumşaq güc vasitələri, rəsmi və alternativ media ekosistemləri isə bu strategiyanın daşıyıcılarıdır.

Ortadakı mənzərə Rusiya propaqandasının bu ölkələri hibrid müharibənin ən mühüm platformalarından biri olaraq gördüyünü göstərir. 2022-ci ildən sonra bu platformada müharibə aparmaq Moskva üçün müvəqqəti çətinliklər yaratsa da, situasiyalara adaptasiya olmaqda təcrübəli olan propaqanda mexanizmi Fransa və Almaniya daxilindəki müttəfiqlərinin də köməyi ilə sanksiya divarını aşmağı bacarıb.

Bu maşınla mübarizə üçün klassik təhlükəsizlik, media, kəşfiyyat, sanksiya alətləri və reflektiv təkzib, düzəltmə, araşdırma fəaliyyəti kifayət etmir. Çox şaxəli, çox laylı və çox çevik propaqanda mexanizmi ilə başa çıxmaq daha detallı, daha mürəkkəb, daha sərt, daha uzunmüddətli və daha koordinasiyalı fəaliyyət tələb edir.



İSTİNADLAR

ICTT (The International Centre for Counter-Terrorism) 2024 a. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas.

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Geopolitics, 2024a. When Blame Means Confession: Unrevealing Tactics of Russian Influence in French Elections. https://politicsgeo.com/when-blame-means-confession-unrevealing-tactics-of-russian-influence-in-french-elections/

Mankoff Jeffrey, 2020a. Russian Influence Operations in Germany and Their Effect

https://www.csis.org/analysis/russian-influence-operations-germany-and-their-effect

Stelzenmüller, Konstanze, 2022 a. Putin’s war and European energy security: A German perspective on decoupling from Russian fossil fuels.https://www.brookings.edu/articles/putins-war-and-european-energy-security-a-german-perspective-on-decoupling-from-russian-fossil-fuels/

Bros Aurélie, Mitrova Tatiana, Kirsten Westphal, 2017. German-Russian Gas Relations A Special Relationship in Troubled Waters https://www.swp-berlin.org/publications/products/research_papers/2017RP13_wep_EtAl.pdf.

Stelzenmüller, Konstanze, 2022 b. Putin’s war and European energy security: A German perspective on decoupling from Russian fossil fuels.https://www.brookings.edu/articles/putins-war-and-european-energy-security-a-german-perspective-on-decoupling-from-russian-fossil-fuels/

Mankoff Jeffrey, 2020b. Russian Influence Operations in Germany and Their Effect

https://www.csis.org/analysis/russian-influence-operations-germany-and-their-effect

Finanzmarktüelt, fevral 2025, Stimmen aus der deutschen Industrie drängen wieder auf Gas aus Russland.https://finanzmarktwelt.de/deutsche-unternehmen-draengen-wieder-auf-gas-aus-russland-340817

İngenieur, mart 2025. CDU bringt russisches Gas zurück ins Spiel. https://www.ingenieur.de/technik/fachbereiche/energie/cdu-bringt-russisches-gas-zurueck-ins-spiel

Shekhovtsov, Anton. 2023. Russian Connections to the Far Right in Europe. https://www.neos.eu/_Resources/Persistent/d2f58c9e0cd688efcd9d926c27a60edda5fa7286/Anton%20Shekhovtsov%20-%20Russian%20Connections%20to%20the%20Far%20Right%20in%20Europe.pdf

Bensmann Marcus, 2023a. Alternative for Russia - How the AFD is systematically turning towards Russia. https://correctiv.org/en/latest-stories/2023/10/19/alternative-for-russia-how-the-afd-is-systematically-turning-towards-russia/



Marlene Laruelle, 2019a. Collusion or homegrown collaboration connections between German far right and Russia. https://www.ponarseurasia.org/collusion-or-homegrown-collaboration-connections-between-german-far-right-and-russia/

Marlene Laruelle, 2019b. Collusion or homegrown collaboration connections between German far right and Russia. https://www.ponarseurasia.org/collusion-or-homegrown-collaboration-connections-between-german-far-right-and-russia/ Laruelle, 2019 b

ICTT (The International Centre for Counter-Terrorism) 2024 b. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas.

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Stepanovs, David, 2024.Who are the “Putinversteher” in the European Parliament? Far-right and farleft parties in the European Parliament and their pro-Russia stances. https://uu.diva-portal.org/smash/get/diva2%3A1884123/FULLTEXT01.pdf.

Deutschlandfunk, 2022 Die „Querdenken“-Szene findet neue Narrative. https://www.deutschlandfunk.de/die-querdenken-szene-findet-neue-narrative-100.html

Stöber, Silvia, 2022. RT DE and Other Russian State Media in Germany. https://democratic-integrity.eu/rt-de-and-other-russian-state-media-in-germany-by-silvia-stober/

ICTT (The International Centre for Counter-Terrorism) 2024 c. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas.

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

İSD Global, fevral 2025. The achilles’ heel of EU’s media sanctions: Reassessing RT Deutsch access ahead of Germany’s 2025 Federal Election. https://www.isdglobal.org/digital_dispatches/the-achilles-heel-of-eus-media-sanctions-reassessing-rt-deutsch-access-ahead-of-germanys-2025-federal-election/

Beseler Arista və Toepfl Florian, 2024. Conduits of the Kremlin’s Informational Influence Abroad? How German-Language Alternative Media Outlets Are Connected to Russia’s Ruling Elites. https://journals.sagepub.com/doi/10.1177/19401612241230284.

NTV De, 2016 a. Fall Lisa: Das sind die Fakten https://www.n-tv.de/panorama/Fall-Lisa-Das-sind-die-Fakten-article16865016.html

NTV De, 2016 b. Fall Lisa: Das sind die Fakten https://www.n-tv.de/panorama/Fall-Lisa-Das-sind-die-Fakten-article16865016.html

DW, 2015. Meclise siber saldırı. https://www.dw.com/tr/meclise-siber-sald%C4%B1r%

Sablina, Liliia, 2019. “‘We Should Stop the Islamisation of Europe!’: Islamophobia and RightWing Radicalism of the Russian-Speaking Internet Users in Germany,” Nationalities Papers 49, no. 2 (2021): 371 (361–374). https://doi.org/10.1017/nps.2019.76.

Khorolskaya Maria, 2025. Why do east Germans feel affinity towards Russia: an analysis of attitudes to Russia in Germany’s Eastern federal states. https://balticregion.kantiana.ru/en/jour/15843/83824/

Mann Jindan Karena, 2022. Risky Business: will TotalEnergies be complicit in international crimes if it continues doing business in Russia? https://rethinkingslic.org/blog/criminal-law/147-risky-business-will-totalenergies-be-complicit-in-international-crimes-if-it-continues-doing-business-in-russia

CSİS, 2022a. The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

Laurelle, 2018 a. Russian Soft Power in France: Assessing Moscow's Cultural and Business Para-diplomacy

https://www.carnegiecouncil.org/media/series/russian-soft-power-in-france/russian-soft-power-in-france-assessing-moscows-cultural-and-business-para-diplomacy

İntelligence, noyabr. 2025. L'Événement | France, Russie Ex-ministre sarkozyste, Bolchoï… Le Dialogue franco-russe en goguette en Russie. https://www.intelligenceonline.fr/europe-russie/2025/11/13/ex-ministre-sarkozyste-bolchoi_-le-dialogue-franco-russe-en-goguette-en-russie,110558084-eve

Laurelle, 2018 b. Russian Soft Power in France: Assessing Moscow's Cultural and Business Para-diplomacy

https://www.carnegiecouncil.org/media/series/russian-soft-power-in-france/russian-soft-power-in-france-assessing-moscows-cultural-and-business-para-diplomacy

CSİS, 2022b. The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

Brussels Watch, oktyabr 2025. How Russian Govt-Undermined the work on European Institutes. https://brusselswatch.org/wp-content/uploads/Report-How-Russian-Govt-Undermined-the-Work-on-European-Institutes.pdf

The İnsider, avqust 2025. Chianti from Medvedev, Montepulciano by Yakunin, and Merlot à la Mikhalkov: A brief guide to the Italian vineyards of Putin’s inner circlhttps://theins.ru/en/inv/284032?

Rondeaux Candace, aprel 2025. The Legal Counteroffensive to Russia’s Hybrid War. https://www.lawfaremedia.org/article/the-legal-counteroffensive-to-russia-s-hybrid-war

CSİS, 2022c. The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

Geopolitics, 2024b. When Blame Means Confession: Unrevealing Tactics of Russian Influence in French Elections. https://politicsgeo.com/when-blame-means-confession-unrevealing-tactics-of-russian-influence-in-french-elections/

CSİS, 2022ç. The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

ICTT (The International Centre for Counter-Terrorism) 2024 ç. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Geopolitics, 2024c. When Blame Means Confession: Unrevealing Tactics of Russian Influence in French Elections. https://politicsgeo.com/when-blame-means-confession-unrevealing-tactics-of-russian-influence-in-french-elections/

ICTT (The International Centre for Counter-Terrorism) 2024 d. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas.

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

OpenSocietyFoundation, 2018a. Russia’s Presence in France Goes Deeper Than RT.https://www.opensocietyfoundations.org/voices/russia-s-presence-france-goes-deeper-rt

CSİS, 2022d. The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

ICTT (The International Centre for Counter-Terrorism) 2024 e. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas.

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

ICTT (The International Centre for Counter-Terrorism) 2024 f. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas.

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Geopolitics, 2024 ç. When Blame Means Confession: Unrevealing Tactics of Russian Influence in French Elections. https://politicsgeo.com/when-blame-means-confession-unrevealing-tactics-of-russian-influence-in-french-elections/

Euractiv, 2015. Moscow launches French language propaganda platform. https://www.euractiv.com/news/moscow-launches-french-language-propaganda-platform.

Le Parisien, 2019. RT France, le nouvel œil de Moscou.https://www.leparisien.fr/culture-loisirs/tv/rt-france-le-nouvel-oeil-de-moscou-14-02-2019-8010168.php

La Stampa, 2019. Yellow vests online disinformation reaches sky-high levels on Facebook as Russia Today powers the movement on YouTube

https://www.lastampa.it/esteri/la-stampa-in-english/2019/03/20/news/yellow-vests-online-disinformation-reaches-sky-high-levels-on-facebook-as-russia-today-powers-the-movement-on-youtube-1.33689304/

The Russian Program, Under The Radar. 2024.https://therussiaprogram.org/russia_information_influence

RSF, 2024. Russian propaganda bypasses EU sanctions: accessing RT’s website in France is “child’s play”https://rsf.org/en/russian-propaganda-bypasses-eu-sanctions-accessing-rt-s-website-france-child-s-play

DFRLab, aprel 2025. Russia’a Pravda network in numbers: İntroducing the Pravda dashboard. https://dfrlab.org/2025/04/18/introducing-the-pravda-dashboard/

Premier Ministre FR, 2024. PORTAL KOMBAT A structured and coordinated pro-Russian propaganda network. https://www.sgdsn.gouv.fr/files/files/20240212_NP_SGDSN_VIGINUM_PORTAL-KOMBAT-NETWORK_ENG_VF.pdf

Fransa XİN, 2024. Foreign digital interference – Result of investigations into the Russian propaganda network Portal Kombat (15 February 2024)

https://www.diplomatie.gouv.fr/en/french-foreign-policy/security-disarmament-and-non-proliferation/news/2024/article/foreign-digital-interference-result-of-investigations-into-the-russian

Le Monde, mart 2025. Xenia Fedorova, ancienne patronne de RT France et nouvelle égérie russe du groupe Bolloré. https://www.lemonde.fr/actualite-medias/article/2025/03/25/xenia-fedorova-ancienne-patronne-de-rt-france-et-nouvelle-egerie-russe-du-groupe-bollore_6585661_3236.html

Le Monde, may 2025. « Les médias russes sanctionnés par l’Union européenne restent tous facilement accessibles en France, et l’Arcom ferme les yeux https://www.lemonde.fr/idees/article/2025/05/14/les-medias-russes-sanctionnes-par-l-union-europeenne-restent-tous-facilement-accessibles-en-france-et-l-arcom-ferme-les-yeux_6606101_3232.html

Radware, 2024. Fancy Bear (APT28) Threat Actor. https://www.radware.com/cyberpedia/ddos-attacks/fancy-bear-apt28-threat-actor/

ICTT (The International Centre for Counter-Terrorism) 2024 g. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas.

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Fransa XİN, aprel 2025. Russia – Attribution of cyber attacks on France to the Russian military intelligence service (APT28) (April 29th 2025) https://www.diplomatie.gouv.fr/en/country-files/russia/news/2025/article/russia-attribution-of-cyber-attacks-on-france-to-the-russian-military.

OpenSocietyİnstitute, 2018 b. OpenSocietyFoundation, 2018a. Russia’s Presence in France Goes Deeper Than RT. https://www.opensocietyfoundations.org/voices/russia-s-presence-france-goes-deeper-rt

Laruelle, 2018 ç. Russian Soft Power in France: Assessing Moscow's Cultural and Business Para-diplomacy

https://www.carnegiecouncil.org/media/series/russian-soft-power-in-france/russian-soft-power-in-france-assessing-moscows-cultural-and-business-para-diplomacy

CSİS, 2022 d. The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

CSİS, 2022e. The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru