“Qalx, Səlahəddin, biz qayıtdıq! Xaç hilalı məğlub etdi”
30-12-2025, 12:04

25 iyul 1920-ci ildə Dəməşqi işğal edən fransız ordusunun generalı Henri Quro Böyük Səlahəddinin məqbərəsi yerləşən Əməvi məscidinə qəbrə yaxınlaşaraq demişdi: “Qalx, Səlahəddin, biz qayıtdıq! Xaç hilalı məğlub etdi”. Onun İyulun 14-dən şəhəri təhvil vermək tələbinə tək etiraz edən isə, Suriyada qəhrəman kimi anılan Yusif əl-Əzma oldu. Əslən Hələbdən olan bu türkmən oğlu (azərbaycanlı da deyə bilərik) təhsil illərindən türk millətçi təşkilat İttihat və Tərəqqiyə üzv olur. Almaniyadan qayıdandan sonra, 1909-cu ildə Qahirəyə hərbi attaşe təyin edilr, Misirə faktiki nəzarəti ələ keçirmiş ingilislərlə yaxından əlaqə saxlamaq imkanı qazanır. Birinci Dünya Müharibəsi başlayanda, Yusif əl-Əzma Dəməşqdə yerləşən Korpusun diviziya komandanı olur. İl yarım sonra İstanbula aparılır və Ənvər Paşa hökumətində müdafiə nazirinin müavini təyin edilir. 1918-ci ildə Qafqaza cavabdeh olan 1-ci Ordunun operativ qərargahına rəhbərlik etdi. 1918-ci ilin oktyabrında, Dəməşq ingilis-ərəb qüvvələri tərəfindən ələ keçirilən kimi Suriyaya qayıdır, Əmir Feysəllə dil tapıb, onun köməkçisi, sonralar Suriya tarixində ilk müdafiə naziri oldu. Bu vəzifədə olduğu qısa müddət ərzində, Suriya və İraqın müxtəlif şəhərlərindən keçmiş Osmanlı zabitlərini də dəvət etməkliə, ordu quruculuğuna başladı. Suriyaya rəhbərliyinin qətiyyətsizliyini görüb, fransızlara qarşı müqavimətə özü rəhbərlik etdi və döyüşdə həlak olan yeganə ərəb zabiti kimi tarixə düşür.

Эльдар Тагиев
TEREF

