Rusiyada ilk ali hərbi təhsil alan, Dərbənd yaxınlığında adına kənd və stansya olan azərbaycanlı general-leytenant Balakişi bəy Ərəblinski
31-12-2025, 11:54
O, 1828-ci ildə Zaqatala mahalının Tala kəndində Mahal naibi Əli bəyin ailəsində anadan olub. Hərbi təhsilini Peterburqdakı birinci dərəcəli kadet korpusunda alan Balakişi bəy 1848-ci ildə buranı müvəffəqiyyətlə bitirərək "kornet" rütbəsi alıb. Gənc yaşarında polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilib. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski 50 illik xidməti dövründə o vaxt Rusiyada baş verən bütün yürüş və döyüşlərdə iştirak edib. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıdıb, ömrünün axırına kimi orada yaşayıb, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq edib. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. ⚠️ Balakişi bəy Ərəblinskinin iki qızı olub - Nurcahan xanım və Sona xanım. Kiçik qızı Sona xanım məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı olub. General-leytenant Balakişi Ərəblinski 1902-ci ilin yanvarında vəfat edib və Dərbəndin qədim müsəlman qəbiristanlığında əsgəri şərəflə dəfn olunub. Milli Kimlik TEREF