GƏLƏCƏYİN YOXLUĞUNA - BƏŞƏR SƏBƏB OLACAQ
3-01-2026, 11:54

Onu mətbəx masasının ölçüsü boyda bir buz parçasının üzərində tapıblar.
Yetkin erkək ağ ayı - təxminən 500 funt (təqribən 235 kq) əzələli bir heyvan olsa da, 90 kq çəkisi ancaq vardı.
Norveçli tədqiqatçılar qrupu donub qalır. Heç kim bir kəlmə də danışa bilməyibdi. Alimlərdən biri, 30 illik ağ ayıların şəkillərini çəkmək təcrübəsi olan veteran, kamerasını aşağı salıb və ağlayıbdı.
Yoxlama zamanı ayının heç bir xəsarəti və xəstəliyi aşkarlanmayıb.
Bəs ayının ölümünə səbəb nə olub? Yalnız aclıq.
O qədər ağrılı bir mənzərə idi ki, ayının son gücü tükənməkdə idi: boynu məftil kimi incəlmişdi, qabırğaları üzə çıxmış və solğun, hərəkətsiz baxışları boşluğa zillənmişdi.
Ayı yüzlərlə kilometr yol qət etmişdi, bir vaxtlar qalın, çoxillik buz təbəqəsi olan torpağa doğru irəliləmişdi. İndi həmin torpaq ərazisi dalğaların altında qalmışdır. O, suitilər axtarırmış, amma artıq yayın əvvəlindən buzun yox olduğu bu yerlərdə ov edilmədiyindən xəbərsiz olub. O, nəhayətdə yorğunluqdan sadəcə yatmaq üçün, bir yer axtarıb, amma, artıq həmin o iri, bərk buz parçaları yox idi.
Bu kiçik buz parçanın üzərinə çıxanda, sadəcə uzanmağa imkan tapıb və mübarizəni dayandırıb.
Tədqiqatçılar ona kömək etmək üçün, heç nə edə bilmədilər. Çünki, artıq gec idi. Onlar ayının son nəfəsinin yavaşlayıb, tamamən kəsilincə, yanında qaldılar, ta ki nəhəng sinəsi nəhayət sakitləşdi.
Yarılma zamanı buz qatlarının nəhəng ağ ayısının mədəsində boşluqdan başqa heç nə aşkar edilmədi.
Bir tikə də belə yemək yox idi. Sadəcə duzlu su və bir az da dəniz yosunu.
Ekspedisiya jurnalında aşağıdakılar qeyd olundu:
"Bu gün gələcəyi gördük. Həmin gələcək - buz parçasının üzərində, artıq mövcud olmayan və acından ölən bir ayıdır."
Bu ayının adı yox idi.
İndi alimlər onun adını "son xəbərdarlıq" adlandırdılar.
Çünki əgər kursumuzu – dünyaya, həyata və yaşama - dəyişməsək, tezliklə növbəti buz parçasını tutacaq, ona dayaq ola biləcək bir dənə də olsun buz parçası qalmayacaq.
Есмира Шукурова
TEREF

