Stalin deyir :"Eşşək mənimdir, özüm bilərəm, hara bağlayaram!"
23-12-2025, 00:01

... Stalin qəzəblənəndə dəhşətli, daha doğrusu, təhlükəli olurdu,belə vaxtlarda onu görmək, bu səhnədə iştirak etmək çox çətin idi. Mən onu bir neçə dəfə belə qəzəblənən görmüşdüm. Bunlardan biri müharibədən az əvvəl hərbi şurada baş vermişdi. Aviasiya qəzalarının müzakirəsi gedirdi. Stalin adəti üzrə qəlyan çəkə-çəkə stol boyu addımlayaraq, iştirak edənlərin gah gözlərinə, gah da kürəklərinə zillənirdi. Hərbi rəislər bir-bir qalxıb qəzaların səbəblərini izah etməyə çalışırdılar. Nəhayət, növbə Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Rıçaqova çatdı. O, cavan idi, görkəmcə isə lap uşağa oxşayırdı. Bununla belə, İspaniya müharibəsində iştirak etmiş, Şsovet İttifaqı Qəhrəmanı adını almışdı. Nə isə, növbə Rıçaqova çatanda o, ayağa qalxıb gözlənilmədən dedi:
-Qəzalar elə çox olmalıdır, çünki siz bizi tabutlarda uçmağa vadar edirsiniz!
Ortalığa ölüm sükutu çökdü. Yalnız Rıçaqov ayaq üstə idi, qıpqırmızı qızarmışdı, dodağı səyriyirdi, nə etdiyini, artıq, başa düşməyə başlamışdı. Stalin onun bir neçə addımlığında dayan- mışdı. Bayaq Stalin gəzişirdi, lakin Rıçaqov bunu deyəndə, o, ayaq saxladı...
Stalin dayanmışdı və susurdu. Hamı gözləyirdi ki, nə olacaq. O, bir az beləcə dayanıb, sonra yenə bayaq getdiyi istiqamətdə addımladı. Axıra çatdı, döndü, geriyə addımlamağa başladı, məzar sükutuna bürünmüş otağın o biri başına çatdı, yenə döndü və qəlyanı ağzından çıxarıb, aramla və astadan dedi:
-Siz belə deməməli idiniz!
-Müşavirə bitdi.
Nə ertəsi gün, nə iki gündən, nə üç gündən sonra heç nə baş vermədi. Bir həftədən sonra isə Rıçaqov həbs edildi və həmişəlik yoxa çıxdı. ...(Marşal Jukovun xatirələri)
----
Stalinin hakimiyyəti illərində xarici jurnalistlər Kremlə gəlirlər. İlk olaraq Mikoyandan müsahibə alırlar.
Müsahibənin sonunda bir müxbir soruşur: Siz niyə mürəkkəbqabını stolun üstündə yox, çəkəcəkdə saxlayırsınız?
Mikoyan hirsli-hirsli deyir: Mürəkkəbqabı mənimdir, harada istəyirəm, orada da saxlayıram.
Sonra Stalindən müsahibə alırlar. Müsahibənin sonunda həmin jurnalist Mikoyanla olan əhvalatı danışır.
Stalin gülümsəyərək deyir: Eşşəkdir də!
Müxbir soruşur ki, bəs eşşəyi niyə belə mühüm posta təyin etmisiniz?
Stalin deyir :"Eşşək mənimdir, özüm bilərəm, hara bağlayaram!"
Hikmət Akademiyası
TEREF

