Bəzən həyatla ölüm arasındakı fərq texnologiya və ya təlimatlar deyil, bir saniyəlik insan reaksiyası və kiminsə möhkəm tutaraq, buraxmayan əlləridir.

7-01-2026, 00:07           
Bəzən həyatla ölüm arasındakı fərq texnologiya və ya təlimatlar deyil, bir saniyəlik insan reaksiyası və kiminsə möhkəm tutaraq, buraxmayan əlləridir.
10 iyun 1990-cı ildə British Airways təyyarəsi Böyük Britaniya üzərində təhlükəsiz şəkildə uçarkən, qəfldən kabinədə partlayış baş verir. Yanlış boltlarla quraşdırılmış ön şüşə partlayır. Partlayış kapitan Tim Lankasteri dərhal oturacağından sovurub, pəncərənin qırılmış yerinə tıxayır. Onun yuxarı bədəni təyyarənin xaricində olub və təxminən 600 km/saat (375 mil/saat) sürətlə buzlu axınına düşmüşdü.
Kapitan artıq ölmüş hesab olunurdu. O, huşsuz, donmuş və üzü gövdəyə dəymişdi. Ekipaj kapitanın donmuş üzünü görürdü. Gözləri açıq və gözlərini qırpmırdı.
Lakin həmin anda stüardessa Naycel Oqden onun ayaqlarından tutmağı bacarıb. İkinci heyət üzvü də ona kömək edib. Onlar cəsədi sona qədər saxlamağa qərar veriblər - əgər sürüşüb əllərindən çıxsaydı, təyyarənin sol mühərrikinə ilişərdi və bu da dərhal fəlakətə səbəb olardı. Onlar küləyin sözün əsl mənasında təyyarədən qoparılmağa çalışdığı kişini təxminən iyirmi dəqiqə saxlayıblar. İkinci pilot təcili eniş edərək, təyyarəni eniş yerinə yönəldib.
Sərnişinlərdən heç biri xəsarət almayıbdı.
Təyyarə təhlükəsiz yerə eniş edib.
Daha sonra ən inanılmaz hadisə baş verib.
Tim Lankaster sağ qalıb. Sınıqlar, şiddətli donvurma, uzun bir reabilitasiya kursu - və... yenidə səmaya qayıtmaq. Bir neçə ay sonra o, yenidən idarəetməyə qayıdıb.
Bu hadisə dünya miqyasında aviasiya standartlarını dəyişdirib. Amma daha da güclü tərəfi odur ki, bizə başqa bir şeyi xatırladıb: bəzən həyatla ölüm arasındakı fərq texnologiya və ya təlimatlar deyil, bir saniyəlik insan reaksiyası və kiminsə möhkəm tutaraq, buraxmayan əlləridir.
Есмира Шукурова
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]