“Dərya-i nur” (nur dəryası) dünyanın ən iri çəhrayı brilyantıdır

7-02-2026, 08:04           
“Dərya-i nur” (nur dəryası) dünyanın ən iri çəhrayı brilyantıdır
“Dərya-i nur” (nur dəryası) dünyanın ən iri çəhrayı brilyantıdır və ümumiyyətlə, dünyadakı ən gözəl brilyantlardan biri hesab olunur.
Onun Hindistanın Qolkonda vilayətindəki mədəndən tapılması təxmin edilir. Zatən Şərqdəki bütün məşhur almazların mənbəyi Qolkondadır.
Daşın erkən tarixi barədə məlumat yoxdur. Ehtimal olunur ki, Böyük Moğolların məşhur Tovuz taxtında o da varmış.
Nadir 1739-ci ildə Hindistana yürüş edərkən ələ keçirdiyi sərvətlər içində “Dərya-i nur” da olub. Nadirin ölümündən sonra daşın sahibi Şahrux şah, Lütfəli xan Zənd olub. Sonuncudan Qacar xəzinəsinə düşüb. Qacarlar bu daşa xüsusi dəyər verirlərmiş və onu saxlamaq üçün xüsusi vəzifə təsis ediblər.
Olduqca nadir rast gəlinən çəhrayı rəngə malik daşın çəkisi 182 karatdır (36,4 qram). “Dərya-i nur” hazırda İran Mərkəzi bankının nəzdindəki Milli Xəzinədarlıqda saxlanılır.
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru