Mədənlərdə işləyən fəhlələr Mircəfər Bağırova nəyə görə şikayət etmişdilər.

Bu gün, 09:04           
Mədənlərdə işləyən fəhlələr Mircəfər Bağırova nəyə görə şikayət etmişdilər.
Ən yeni tarix. Maraqlı faktlar.
Təcrübələri mədənlərdə kecərdik. Lazım olanda istehsalata səfərbər edərdilər. 1930-cu illərin əvvəllərində Lökbatan yatağı kəşf edildi. 45-ci quyu misli görünməmiş fontan vurdu. Gündəlik hasilat 20 min ton hesablanırdı. Mədən və bütün ətraf sahələr neft gölünə çevrilmişdi. Yerimək qeyri-mümkün idi. Fəhlələr uzunboğaz rezin çəkmələrdə gəzirdilər, başdan ayaqa neftə bulanırdılar. Çox idarələrin işçiləri səfərbər edilmişdi, bizim institutun tələbələri də. Qrup yoldaşlarımız gündüzlər mədəndə işləməyə kedir, axşamlar dərsə kəlirdilər. Bu vəziyyət - əziyyət yarım il davam etdi. Fontan vaxtı rəhbər işçilərdən bəziləri mədəndə idilər.

Mir Cəfər Bağırov tez-tez gəlirdi. Bəzən səhər də, axşam da. Zaqafqaziya diyar komitəsi katibi Lavrenti Beriya neçə dəfə Lokbatana gəlmişdi.
Fontanın ilk günlərində gurultudan ağız deyəni qulaq eşitmirdi. Goydən elə bil neft yağırdı, qaz iyindən nəfəs tutulurdu. Əcayib, qeyri-adi bir aləmdə idik. Yalan olmasın, minlərlə adam əllərində bel, külünk, xərək anbarlar qazır, sədlər çəkir, neft selini müəyyən qədər istiqamətləndirir,dizə, qurşağa qədər saatlarla neft içində vurnuxurdu.
Birdən Azərneftin rəisi Barinov və Mir Cəfər Bağırov bizə yaxınlaşdılar. Biz var qüvvəmizlə çalışmağa başladıq.
Mir Cəfər bizə baxıb dedi: "Molodes! Hardansınız?" "Neft institutundan". Soruşdu: "Sizə burda necə baxırlar?"
Tələbələrdən biri dilləndi: "Pis. Çörək yox, yemək yox. Su yox" Mir Cəfər Azərneftin rəisinə baxdı: "Kak eto tak? Kormite, poite ix! ("Bu neçə olur? Onlara yemək-içmək verin") - əlavə etdi:-"Obespeçte narod yedoy" ("Camaatı yeməklə təmin edin"). Çox keçmədən başladılar işləyənlərə kotlet-cörək, limonad paylamağa. Pulsuz. Bu, üç gün davam etdi.
Manaf Süleymanov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru