İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... - FOTOFAKT

Bu gün, 08:28           
İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... - FOTOFAKT
Galenwagen avmobili ilə insident törədən sürücü ilə bağlı yeni detallar bəlli olub.
Xəbər verdiyimiz kimi, iyunun 7-də Abşeron rayonunun Masazır qəsəbəsində “Galenwagen Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında insident yaşanıb.
Ajans.az-ın apardığı araşdırmada məlum oldu ki, qeyd edilən Galenwagen Mercedes markalı avtomobil 13 sentyabr 2025-ci il tarixində rentecar_030 adlı Rent Car şirkətinin sosial media hesabında paylaşılıb.

Bəs rent a car şirkətləri hansı qaydada fəaliyyət göstərir? Avtomobil icarəyə verilərkən sürücülərdən hər hansı sağlamlıq arayışı və ya tibbi test tələb olunurmu? Şirkətlər müştərilərin sürücülük qabiliyyətini və təhlükəsizliyini necə qiymətləndirirlər?Sizin fikrinizcə bu sistem necə tənzimlənməlidir?

Bununla bağlı Ajans.az “Galenwagen Mercedes” markalı, “77-UE-011” dövlət qeydiyyat nişanlı avtomobilə aid olan rent-a-car şirkəti ilə əlaqə saxlayıb. Onlar avtomobilin satıldığını bildirib. Eyni zamanda, nəqliyyat vasitəsinin satışının hələ notarial qaydada rəsmiləşdirilmədiyini də qeyd edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən avto ekspert Eldəniz Cəfərov söyləyib ki, rent-a-car şirkətləri avtomobilləri ümumi qəbul olunmuş qaydalar əsasında kirayəyə verirlər: “Bəzi şirkətlər 21 yaşı tamam olmayan şəxslərə ümumiyyətlə avtomobil icarəyə vermir. Digər şirkətlər isə əlavə şərtlər müəyyən edir. Məsələn, bəzi hallarda sürücünün yaşı ən azı 23 olmalı və ya avtomobil minimum 3 gün müddətinə kirayəyə götürülməlidir. Azərbaycanda avtomobil kirayəyə götürmək üçün əsas tələb sürücülük vəsiqəsinin olmasıdır. Bundan əlavə, şəxsiyyətin təsdiq edilməsi üçün müvafiq sənəd təqdim olunur və tərəflər arasında elektron müqavilə bağlanır. Qanunvericilikdə bununla bağlı hər hansı qadağa nəzərdə tutulmayıb”.

Ekspert əlavə edib ki, əgər vətəndaşın etibarlı sürücülük vəsiqəsi varsa, bu, onun sürücülük hüququ əldə etmək üçün tələb olunan tibbi və psixoloji yoxlamalardan keçdiyini göstərir: “Psixoloji vəziyyəti sürücülük üçün yararsız hesab edilən şəxslərə sürücülük vəsiqəsi verilmir. Müştərinin sürücülük qabiliyyətinin və ya təhlükəsiz idarəetmə bacarıqlarının qiymətləndirilməsi isə aidiyyəti dövlət qurumlarının səlahiyyətinə daxildir. Rent-a-car şirkətlərinin vəzifəsi və ya hüququ deyil ki, vətəndaşın sürücülük qabiliyyətini yenidən yoxlasın, onun təhlükəsizlik baxımından uyğunluğunu qiymətləndirsin və ya əlavə sağlamlıq arayışı tələb etsin. Bu məsələlər qanunvericiliyə uyğun olaraq müvafiq qurumlar tərəfindən tənzimlənir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru