Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanıldı - FOTO

10-06-2026, 10:44           
Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanıldı - FOTO
Qırğızıstannın xüsusi xidmət orqanları genişmiqyaslı əməliyyat keçirərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına və din xadimlərinə qarşı terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfəri saxlayıblar.

Moederator.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.

"Milli Təhlükəsizlik Dövlət Komitəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dini xadimlərə qarşı terror aktları planlaşdıran beynəlxalq terror təşkilatlarının - "Katibat ət-Tövhid vəl-Cihad" və "İslam Dövləti"nin fəal üzvlərinin zərərsizləşdirilməsi məqsədilə genişmiqyaslı antiterror əməliyyatı həyata keçirib", - məlumatda bildirilib.

Əməliyyat nəticəsində terror cinayətlərinin hazırlanmasında iştirakda şübhəli bilinən 31 nəfər saxlanılıb. Onlardan 11 nəfər Oş vilayətində, 20 nəfər isə Batken vilayətində tutulub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru