Pulun verib tikir, yoxsa sənədin alıb tikir? - Elxan Allahverdiyevin Binəqədi "sərgüzəçtləri..."

Bu gün, 07:44           
Pulun verib tikir, yoxsa sənədin alıb tikir? -
Son illər Bakının müxtəlif qəsəbələrində və yaşayış massivlərində tikinti normalarına və şəhərsalma standartlarına
uyğunluğu sual doğuran iri obyektlərin sayı artmaqdadır. Belə tikililərin əksəriyyətinin aidiyyəti qurumların məlumatı və
ya razılığı olmadan həyata keçirilməsinin mümkün olmadığı barədə də ictimaiyyətdə ciddi suallar yaranır. Bu gün bu
tikililiəri görən insanlarda bir cavab var - "Pulun verib tikir"...
Maraqlı anlayışlardır, insanların bu cür düşünməsinə şərait yaradan, belə tikililərə göz yuman, necə gəldi, tezbazar tikintilərlə
içazə verən RİH başçıları bu dövləti vətəndaşının gözündə heçə endirir.
Bizimesr.com bildirir ki, Binəqədi rayonu “Mərkəz” adlanan ərazidə yerləşən ticarət mərkəzinin ərazisi genişləndiridiyini əks
etdirən video yayılıb. Mövcud obyektə bitişik hissədə daha böyük həcmli yeni tikinti işləri aparılır.
Əlbəttə, ölkədə yeni ticarət obyektlərinin və biznes mərkəzlərinin inşası normal və iqtisadi baxımdan müsbət hal hesab olunur.
Lakin istənilən tikinti fəaliyyəti qanunvericiliyin tələblərinə, şəhərsalma və tikinti normalarına uyğun şəkildə həyata keçirilməlidir.
Bu məqamda bir sıra suallar ortaya çıxır. Görəsən, Binəqədi rayonu ərazisində aparılan bu yekəlikdə iri həcmli tikinti işlərindən
RİH başçısı Elxan Allahverdiyevin xəbəri olmaya bilərmi? Belə bir obyektin tikintisinin aidiyyəti dövlət qurumlarının məlumatı və
razılığı olmadan həyata keçirilməsi nə dərəcədə mümkündür? Hazırda bu sual açıq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru