Baş Qərargah rəisi: "İsrail İrana ağır zərbə planlaşdırıb və müharibəyə qayıtmağa hazırdır"

Bu gün, 08:24           
Baş Qərargah rəisi: "İsrail İrana ağır zərbə planlaşdırıb və müharibəyə qayıtmağa hazırdır"
İsrail ordusu yenidən İrana hücum etməyə hazırdır.
“The Times of Israel”in xəbərinə görə, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.

O bildirib ki, İranın yeni tənliklər diktə etmək, reallığı dəyişmək cəhdləri uğurlu alınmayacaq və İsrail ordusu “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.

“İsrail ordusu İranla döyüşə qayıtmaq üçün çevik hazırlığa malik olub və indi də malikdir. Biz İrana daha bir ağır və dərin zərbə vurmağa hazırıq”, - Eyal Zamir vurğulayıb.

Onun sözlərinə görə, İrana endirilən zərbələr daha əhəmiyyətli və şiddətli hücumlar üçün hazırlıq idi.

Qeyd edək ki, bundan əvvəl İsrailin İrana daha geniş hücum planlaşdırdığı, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra bu planın ləğv olunduğu ilə bağlı xəbərlər yayılıb. (Apa.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru