Tehrandakı izləmələr, Moskvada da varmış.
Bu gün, 07:24

İranın lideri Əli Xameneinin, iqamətgahı içində vurulub öldürülməsi Putini, Kremli gözlənilməz bir müdhiş şoka saldı. Səbəb? İranın ən yüksək səviyyədə qorunan dövlət rəhbərini ən də qapalı yerdə ayırd edib vurmaq kimi, Rusiyanınkından üstün, Qərbin kəşfiyyat imkaları, texnologiya və silahının olması. İkinci, vacibi də, bu imkandan Rusiyaya da qarşı istifadə edilə bilmə təhlükəsi barədə dərk. Şokdan ayıla bilmirdilər, neçə gün.
Ayılandan sonra isə, Kreml dərhal bu yön ciddi təhlükəsizlik işlərinə başladı. Və dərhal, Rusiya Putini və yaxın ətrafını qoruyan nəzarət və həm də tam müşahidə sistemini müvəqqəti bağladı.
Təfərrüatlara, detallara varaq.
Söhbət nədən gedir? Video nəzarət sistemi ilə, Moskva sakinlərini izləyən və dövlət elitasının bütün keçdiyi avtoyollrı müşahidə və nəzarətdə saxlayan, təxminən, 300.000 video kameradan gedir, söhbət. Bu böyük set-sistem internetdən təcrid edilməklə, mütəxəssislər tərəfindən tam yoxlamalardan sonra, yenidən aktivləşdirilmiş.
Həmin sistemin bağlanış, təcridinin səbəbi nə idi? Səbəbi, süni intellektin kəşfiyyatdakı yeni imkanları ilə bağlı qorxu və xeyli narahatlıqlar idi. Bu narahatlıqlar əsas, İsrailin Ali Lideri Əli Xameneiyə hücumna, ABŞ mütəxəssislərinin köməyi ilə İran yol hərəkət kameralarından da istifadə etməsi idi. Yəni bütün bu kameralara haker girişi ilə məlumat mərkəzə çatdırılırmış.
Bildirilir ki, Kreml ətrafı, Moskvadakı kameralar hələ də həssasdır və müntəzəm halda Ukrayna hakerlərinin hücumuna, "mərkəzlərə" ötürümlə istifadəyə məruz qalırlar. Görünür, Ukraynanın böyük, 300 min miqdar kamera məlumatllarını təhlil etmək resurs, imkanlarına hissəvi maliik ola bilir və ona Qərbdən bu işdə köməklik edilir.
ABŞ-da və Böyük Britaniyada belə, çox yüksək imkanlar və vasitələr var təbii ki. Qeyd edilir ki, bu ölkələr bu yüksək texnoloji vasitələrlə həm, Ukraynanın Silahlı Qüvvələri hücumlarına dəqiq məlumatlar təqdim edirlər. Və həm də kəşfiyyat dronlarından Rusiya hədəflərinin yüksək, dəqiq və keyfiyyətli vurulmasında, onlara xüsusi vacib görüntülər, oriyentasiya imkanı təqdim edirlər.
Xülasə...
Görünür ki, Rusiya hakimiyyəti Putinin şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıq yaşayır. Yəni, belə ki, Qərbin köməyi ilə, ya öz imkanı iləmi, görünür, Ukrayna xüsusi xidmətləri Rusiyada, Moskvadakı yol hərəkəti kameralarına çıxışlar əldə etmişıər. Bundan əlavə, Kiyev Moskvanın mərkəzində yüksək vəzifəli hərbi məmurlara olan məlum sui-qəsdlər təşkilində sputnik və mobil telefon geolokasiyaslndan istifadə edib.
Bundan əlavə, kəşfiyyat hesabatı üzrə, Kreml mümkün çevrilişlə narahatlıqları səbəbindən son vaxtlar Rusiya prezidenti Vladimir Putinin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Biz də, təəccüb edirdik, niyə Putin Pekində bu qədər uzun, bronemaşın və təcili tibbi yardımlı korteji və göydə hərbi helikopterlərin müşaiyəti ilə şəhər içində hərəkət edir. Nə etsin bəs, azmı düşməni var, ya azmı yaradıb özünə bu illərdə?
Ilqar Altay

