"Vital Hospital"da qalmaqal: Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir - VİDEO

Bu gün, 16:09           
"Vital Hospital"da qalmaqal: Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir - VİDEO
Sosial şəbəkələrdə "Vital Hospital"la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib.

Nazirlikdən qeyd edilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb:

"Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək".

11:12

"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib.

Oxu.Az xəbər verir ki, bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə klinikanın veb-saytına yerləşdirilən əlaqə nömrəsinə etdiyimiz zənglər cavabsız qalıb. Zəngə cavab verən əməkdaş - "bir saat sonra zəng edin", - söyləsə də, geri dönüş edildikdə zənglərə cavab verməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru