Şücaəti ilə Böyük Pyotru qorxuya salan, haqqında Pyotrun xüsusi fərmanı olan,...

Dünən, 09:04           
Şücaəti ilə Böyük Pyotru qorxuya salan, haqqında Pyotrun xüsusi fərmanı olan,...
Şücaəti ilə Böyük Pyotru qorxuya salan, haqqında Pyotrun xüsusi fərmanı olan,[/left]Çar ordusunun Salyanda olan əsgər və zabitlərini qətlə yetirən, yenə də haqqında böyük rus şairi Puşkinin söz açdığı SALYANLI QƏBULƏ XANIMIN PORTRETİ.Qəbulə xanım tarixə rus imperiyasına qarşı ilk üsyan qaldıran şəxs kimi düşüb.Rus əsgər və zabitlərini xüsusi amansızlıqla ( "xüsusi amansızlıqla" fikri rus tarixçiləri və hərbçilərinə aiddir) qətlə yetirdiyinə görə ruslar bu qəhrəman qadını unutdurmağa çalışıblar və hardasa uzun illər bu istəklərinə də nail olublar.Qəbulə xanım haqqında Azərbaycanda ilk yazılı məlumatı Bakıxanov "Gülüstana İrəm" əsərində verib.Qəbulə xanım haqqında ilk geniş məqaləni isə keçən il Azər Turan yazdı.Yazı "Ədəbiyyat qəzeti"ndə çap olunan gün Sakit müəllim yazını oxuyur.Sakit müəllimin özünün dediyinə görə yazını oxuyundan sonra Allahdan bir istək istəyir: Qəbulə xanımı yuxuda görmək!...Və möcüzə baş verir.Həmin gecə Qəbilə xanım Sakit müəllimin yuxusuna gəlir.Yuxudan ayılan rəssam Qəbilə xanımın eskizini çəkir və həmin eskizi telefonla Azərə göndərərək,şəkilim altından Azərə -Bu kimdir?- sualı ilə müraciət edir.Azər isə bir kəlmə ilə cavab verir:
-Qəbulə xanımdır.
Sakit Məmmədov yuxuda gördüyü qadını,elə yuxuda gördüyü kimi çəkir.Üz quruluşundan paltarına qədər.Heç bir əlavə,əskiıltmə etmir.Paltarının rənginə qədər.Sonra Azər Qəbilə xanım haqqında yeni məlumatlar əldə edir və məlum olur ki,Qəbilə xanım qızıl sapla tikilmiş qızılı rəngli paltar geyinirmiş.Eyni ilə Sakit müəllimin çəkdiyi kimi...Azər öz yazısını genişləndirib kitab halına gətirənə qədər,Sakit müəllim də Qəbulə xanımın bu möhtəşəm tablosunu çəkir.İki Darülmömünlü -Azər Turanla Sakit Məmmədov -tariximizin ən böyük qəhrəmanı olan digər Darülmümünlünü beləcə əbədiləşdirirlər.Sonra kitab çap olundu və kitabın üz qabığında Sakit Məmmədovun bu qeyri adi portreti vuruldu.Kecən il bu vaxt,İyul ayında Sakit müəllimin mənzil müzeyində kitabın və portretin möhtəşəm təqdimatı baş tutdu.Təqdimatda Azərbaycan ədəbiyyatının,mədəniyyətinin ən görkəmli nümayəndələri,Salyan ictimaiyyətinin nümayəndələri,Milli Məclisin üzvləri iştirak edirdi:Xalq yazıçısı Anar,heykəltaraş-Xalq rəssamı Ömər Eldarov,Xalq yazıçısı Çingiz Abdullayev,akademik Nizami Cəfərov,Aqil Abbas,əslən Salyanlı olan general polkovnik Vaqif Axundov,yenə əslən Salyanlı olan keçmiş səhiyyə naziri Rahim Hüseynov,elmlər doktoru Elnarə Akimova,məşhur vəkil Aslan İsmayılov, məşhur bəstəkar Aydın Əzimov,tədqiqatçı Kamil Şahverdi və başqaları maraqlı çıxışlar etdilər.
Bu əsər hal- hazırda Sakit müəllimin mənzil muzeyindədir .
Etibar Əbilov.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru