Əbülfəz Məlikovun meyvə-tərəvəz bazası bağlandı - MMC-ləri ləğv edir, borclarını qaytarmır

12-12-2018, 18:44           
Əbülfəz Məlikovun meyvə-tərəvəz bazası bağlandı - MMC-ləri ləğv edir, borclarını qaytarmır
«Fruit Trading Azerbaijan» MMC bağlandığını elan edib. Bu barədə dünən şirkətdən yayılan rəsmi məlumatda bildirilib. Rəsmi açıqlamada bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi 59, mənzil 63 ünvanına bildirə biərlər.

Gundeminfo.az-a daxil olan məlumata əsasən «Fruit Trading Azerbaijan» MMC uzun illər Azərbaycan gömrüyündə borker fəaliyyətlərinin inhisarçısı kimi tanına Əbülfəz Məlikova məxsus olub. Dünən məlumat verərək bildirmişdik ki, Ə.Məlikov artıq bütün dayaqlarını itirdiyindən meyvə-tərəvəz biznesindən də çəkilmək qərarına gəlib. Artıq yaxın ətrafı vasitəsilə gömrük sisteminə qayıdacağına dair xəbərləri dövriyyəyə buraxır. Lakin Gundeminfo.az-a danışan mənbə iddia edir ki, DGK-nin sədri "Broker Əbülfəz"ə konkret olaraq yox deyib. Bundan sonra düşdüyü çətin durumdan xilas olmağa çalışan Ə.Məlikov özünə yeni inzibati post təminatı üçün biznesdən çəkilir. Və artıq meyvə-tərəvəz bazalarını da satışa çıxarır. Eyni zamanda MMC-lərini ləğv edir.

Gundeminfo.az-a danışan mənbə bildirir ki, Məlikov bağladığı MMC-lərin kreditor borclarını da ödəməkdə çətinlik çəkir. Bu mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru