Səfər Mehdiyevin bacanağı olan Həsən Hüseynov qadın işçisini döyüb-Video
24-10-2025, 10:34
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısı döyülüb.
XALQ-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb. İddiaya görə, xəstə baxıcısı xəstəxananın direktoru Həsən Hüseynov tərəfindən xüsusi amansızlıqla döyülüb. Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı cinayət işinin başlandığı deyilir.
Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin bacanağı olduğu deyilir.