"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar - Birlikdən isə... (VİDEO, FOTO)

25-10-2025, 11:14           
"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar -
Bir neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında yaşıllaşdırma işləri apararkən "Jurnalistlər binası"nda yaşayan Rail İbrahimovun avtomobilinə ziyan vurublar.

"DİA-AZ"-ın məlumatına əsasən, şikayətçi Rail İbrahimov yenifikir.media-ya bildirib ki, bir ay öncə aldığı bahalı avtomobilinin sağ arxa qapısı zərbə alıb.

Bu məsələ ilə bağlı sayt Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib.

Telefon sorğusu zamanı Birlikdən bildirilib ki, zərərçəkmiş Rail İbrahimovla tezliklə əlaqə saxlanılacaq. Lakin indiyədək onunla əlaqə qurulmayıb və dəyən ziyan aradan qaldırılmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]