Şirvan şəhərində qalmaqallı təyinat – işdən çıxarılan şəxs yenidən rəhbər vəzifəyə gətirildi

27-10-2025, 08:17           
Şirvan şəhərində qalmaqallı təyinat – işdən çıxarılan şəxs yenidən rəhbər vəzifəyə gətirildi
Bu gün Şirvan şəhərində diqqətçəkən kadr dəyişikliyi baş verib. Belə ki, iki il öncə Şirvan şəhər Elektrik Şəbəkəsinin rəisi vəzifəsində çalışmış Rəşad Yahyayev yenidən həmin vəzifəyə 17.10.2025-cü il tarixində təyin olunub.
Xatırladaq ki, Rəşad Yahyayev vaxtilə məhz bu vəzifədə çalışarkən işində buraxdığı ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı. Bu hadisədən sonra o, Sabirabad rayon Elektrik Şəbəkəsinə rəis müavini təyin olunmuşdu.
TEREF şirvan tvinfo-ya istinadən yazır ki, məlumata görə, onun yenidən Şirvana qayıtması Su Meliorasiya Təsərrüfatının rəisi Zakir Quliyevin xahişi və şəxsi müdaxiləsi ilə mümkün olub. Qeyd edək ki, Zakir Quliyev Rəşad Yahyayevin xalası oğludur.
Rəşad Yahyayevin iki il əvvəl işdən çıxarılmasına səbəb olan hallar barəsində yaxın günlərdə geniş araşdırma yazısı dərc olunacaq.
Əlavə onuda qeyd etmək istəyirik ki nöqsanla işdən çıxarılan şəxs yenidən həmin vəzifəyə gəlməsi Rəşad Yahyayevin xüsusi tapşırıqlar əsasında vəzifəyə gəlməsi hər şeyin sübut edir
Məsələ ilə bağlı adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa və dərc etməyə hazırıq.
Sirvan Tvinfo
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]