Nizami rayonunda icra başçısı bu tikintiyə hansı şərtlərlə icazə verib? -Video

10-01-2026, 10:24           
Nizami rayonunda icra başçısı bu tikintiyə hansı şərtlərlə icazə verib? -Video
Xəbər verdiyimiz kimi Nizami rayonunda qanunsuz tikinti işləri aparılıb.

XALQ-a daxil olan məlumat görə Nizami rayonu Məhəmməd Şərifli küçəsində ərazi dəmir hasara alınaraq qanunsuz inça işləri aparılıb.

İddia olunur ki, tikinit işlərinə yüksək vəzifəli məmur himayədarlıq edir. Lakin həmin obyekti ona yaxın şəxs tərəfindən işlədildildiyi bildirilir. Məsələnin araşdırması ilə bağlı qurumlara sorğu göndərilib.

Verilən məlumatalara görə ərazidə həmişə yaşıl ağacların kəsilməsidə iddia olunur.Həmçinin tikinti aparılan ərazidə irigövdəli yaşıl ağac inşa olunmuş obyektin içinə salınıb. Bu isə hüquq-mühafizə orqanlarının araşdırması səlahiyyətindədir.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Nizami rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Nizami rayon İcra Hakimiyyətindən və aidiyyatı qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı.

Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq

Həmin görüntüləri təqdim edirik

Qeyd edək ki, 2022-ci ildən Nizami rayonu İcra Hakimiyyətinin başçısı Çoşqun Cəbrayılovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]