Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır: Elşən Ələkbərovu hansı məmur himayə edir?-Video

18-01-2026, 00:06           
Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır:
Hansı məmur tərəfindən Elşən Ələkbərova dövlət torpaqlarında qanunsuz fəaliyyət göstərməyə icazə verilib?

Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən və “Tır Parkı” kimi tanınan dövlətə məxsus ərazidə ciddi qanun pozuntuları qeydə alınıb.

XALQ-a daxil olan məlumata görə, sözügedən ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Lakin buna baxmayaraq, sahibkar Ələkbərov Elşən Abbasəli oğlu bu ərazidən təyinatı üzrə deyil, öz istədiyi kimi istifadə edir. Ərazidə restoranlar yaradılıb, kommersiya fəaliyyəti aparılır.

Məsələ bununla da bitmir.

“111 Tır Parkı” nın yerləşdiyi ərazi dağlarla əhatə olunub. Məlumatlara görə, tırların arxa hissəsində yerləşən dağ massivləri daşıyıcı texnika vasitəsilə yarılır, buradan gil çıxarılaraq satılır. Bu isə artıq təkcə torpaq qanunvericiliyinin deyil, ekoloji pozuntu kimi bildirilir.

Qanunvericiliyinə əsasən, dağlar və yeraltı sərvətlər dövlətə məxsus təbii sərvətlər hesab olunur. Həmin sərvətlərin icazəsiz şəkildə dağıdılması, yarılması və kommersiya məqsədilə istifadəsi qanunsuzdur və cinayət məsuliyyəti yaradır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu göndərilib. Sözügedən ərazidə aparılan işlərin qanuniliyinin araşdırılması, ətraf mühitə və dövlətə vurulan ziyanın həcminin müəyyənləşdirilməsi artıq hüquq mühafizə orqanlarının səlahiyyətindədir.

Ortaya çıxan faktlar bir daha sual yaradır:

Kənd təsərrüfatı təyinatlı dövlət torpağında “111 Tır Parkı” və restoranlar necə tikilir?

“111 Tır Parkı” sahibi Elşən Ələkbərov dağları kimlərin icazəsi ilə yarıdırr və “Klas” MMC kərpic zavoda gil necə daşınır?

Bu proseslərə niyə vaxtında nəzarət olunmur?

Məsələ ilə bağlı adı keçən şəxslərin və aidiyyatı qurumlarında fikirlərini yayımlamağa yazırıq.

Qeyd edək ki, faktla bağlı araşdırmalarımız davam edir. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]