NƏSİMİ RAYONUNDA ZİRZƏMİLƏR DAĞDILIB, SƏKİLƏR QANUNSUZ ARTIRMALARIN QURBANINA ÇEVRİLİB - İH-DƏ SAHİBKARLARLA GİZLİ ANLAŞMALAR QURAN VƏZİFƏLİ ŞƏXS KİMDİR?

18-01-2026, 12:24           
NƏSİMİ RAYONUNDA ZİRZƏMİLƏR DAĞDILIB, SƏKİLƏR QANUNSUZ ARTIRMALARIN QURBANINA ÇEVRİLİB - İH-DƏ SAHİBKARLARLA GİZLİ ANLAŞMALAR QURAN VƏZİFƏLİ ŞƏXS KİMDİR?
Nəsimi rayonunda səkilər qanunsuz artırmaların qurbanına çevrilib.

Ekologiya.az bildirir ki, Bakının Nəsimi rayonunda binaların altında qanunsuz artırmalar gündən -günə çoxalmaqdadır, nəticədə də piyadalar üçün nəzərdə tutulan səkilər faktiki olaraq obyektlərin zəbti altındadır.

Nəsimi RİH-nin gözü önündə baş verən qanunsuzluqların maraqlı tərəfi isə ondadır ki, yaşanan hadisələrin məsuliyyətindən yayınan vəzifəli şəxslər kabnetlərində sui-istifadə ilə məşğuldurlar.

Bunun da nəticəsində, RİH-də kabinetdən oturan ağalarına arxayın olan bəzi sahibkarlar kafe, mağaza və iaşə obyektləri səkiləri öz şəxsi malları kimi istifadə edir, nəticədə vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur qalır.

Bu vəziyyət xüsusilə yaşlılar, uşaqlar və əlilliyi olan şəxslər üçün ciddi təhlükə yaradır. Qanunvericiliyə görə səkilər ictimai istifadəyə məxsusdur və heç bir sahibkarın onları zəbt etmək hüququ yoxdur. Buna baxmayaraq, aidiyyəti qurumların uzun müddətdir susqun qalması narahatlıq doğurur.

Sual yaranır: Nəsimi rayonunda bu qanunsuzluqlara kim nəzarət edir və məsuliyyət daşıyan qurumlar nə vaxt hərəkətə keçəcək?

Rayon İcra Hakimiyyəti gizli anlaşmaya vararaq hadisəyə göz yummaqla kifayətlən RİH-də isə hələki, taxt-taç oyunu gedir.

Qeyd edk ki, Nəsimi rayon icra başçısının müvəqqəti səlahiyyətlərin həyata keçirən RİHB-nın müavini Zahid Xəlilovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]