Siyəzənneft NQÇİ-nin rəisi buranı çökdürərək məqsədinə çatdı - PREZİDENTƏ MÜRACİƏT
26-01-2026, 00:04

Azərbaycan Respublikasının prezidenti
cənab IIlham Aliyevə
Siyəzənnnfet NQÇİ nin işçisi Əliyev Zamiq
Qüdrət oğlu tərəfindən
Surəti Dövlət Nfet Şirkətinin prezidenti
cənab Rovshan Najafə
Surəti SOCAR Müçahidə Şurasının sədri
cənab MMikayil Cabbarova
MÜRACİƏT
Bu müraciətimdə bir il Siyəzənneft NQÇİ də rəis postunu işğal edən hazırda bir ay olar Əmirovneft NQÇİ nə rəis təyin olunan Rauf Alməmmədovun işlədiyi deyil iş otağında oturduğu müddət ərzində Siyəzənneft NQÇİ də neft hasilatı neftin göstəriciləri ilə necə oynadığı neft maxinasiyasına şərit yaratması və idarənin neft hasilatını 130 -140 tondan endirib tənəzzülə aparması ilə bağlıdır ki nəticədə də bizim NQÇİ ni Əmirovneft NQÇİ nə birləşdirib mədən edilməsi barədə planlar qurulur və bu baxımdan Rauf Alməmmədov öz məqsədinə çatmış kimi görünür.
Məlumunuz olduğu kimi istehsal göstəriciləri ilə maxinasiya Neft və qaz hasilatının süni şəkildə artırılmış və ya azaldılmış göstərilməsi ,quyuların real vəziyyətinin hesabatlarda təhrif edilməsi kimi anlaşılır ki məqsəd planın “yerinə yetirilməsi”, rəhbərliyə yalnış məlumat vermək kimi dəyərləndirilir.
Qeyd olunanların fonunda bildirirəm ki, SOCAR-ın strukturuna daxil olan Neft-Qaz Çıxarma İdarəsi olan Siyəzənnfet NQÇİ də istehsal fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və təqdim edilməsi prosesində Rauf Alməmmədovun fəaliyyəti müddətində ciddi qanun pozuntularına yol verilib. Sözügedən pozuntular əsasən neft hasilatı göstəricilərinin real vəziyyətə uyğun olmayaraq süni şəkildə dəyişdirilməsi, təhrif edilməsi və saxtalaşdırılması formasında özünü göstərib.
Məlum olduğu kimi, hasilat göstəriciləri SOCAR üçün strateji əhəmiyyət daşıyan rəsmi məlumatlar olub, planlaşdırma və dövlət qarşısında hesabatlılıq baxımından əsas göstərici hesab olunur. Lakin NQÇİ də real hasilat həcminin təhrif edilməsi ciddi qanun pozuntusudur və bu cür əməllər bir tərəfdən SOCAR rəhbərliyinin və aidiyyəti dövlət qurumlarının yanlış məlumatlandırılmasına, digər tərəfdən isə şirkətin nüfuzuna və iş prosesində şəffaflığa ciddi zərər vurur. Bu cür əməllər SOCAR rəhbərliyinin, Baş ofisin aidiyyəti strukturlarının və dolayısı ilə dövlətin yanlış və qeyri-dəqiq məlumatlandırılmasına, eləcə də dövlət və şirkətin korporativ nüfuzuna ciddi zərər vurulmasına eyni zamanda da NQÇİ nin imicinin ləkələnməsinə səbəb olur.
Xüsusilə vurğulayıram ki, qeyd edilən halların mövcudluğu SOCAR-ın Baş Audit Xidmətinin səlahiyyətlərinə birbaşa aid olan ciddi risklər daşıyır və bu məsələlər sadəcə struktur rəhbərləri səviyyəsində deyil, mərkəzləşdirilmiş audit yoxlaması predmetinə çevrilməlidir.
Qeyd edim ki 2024 -cü ildə Siyəzənneft NQÇİ -nə rəis təyin olunan Rauf Alməmmədov 2025 -ci ilin sonuna qədər fəaliyyət göstərdiyi müddətdə illik neft planını 85,7 % yerinə yetirə bildi.Müəssisənin neft hasilatını 1 ton belə artıra bilmədi əksinə oldugundan aşağı salaraq bununla da 2025 -ci il neft hasilatı planda nəzərdə tutulduğundan 6500 ton aşağı göstərici ilə yekunlaşdı.Onun bu “naliyyəti “ kimlərsə tərfindən yüksək “dəyərləndirilərək “Əmirovneft NQÇİ -nə rəis teyin olundu ki bu qərar məncə çox absurddur.
Siyəzənnfet NQÇİ -nin 2025 -ci ilin neft hasilatının göstəricilərinə nəzər salanda görmək olur ki,hasil olan neftlə təhvil verilən neftin 725 ton fərqi yaranır ki,bu da “qalıq neft” adı altında güya “çənlərdə saxlanılır” kimi izah olunur ya da olunurdu.Hanası ki sual yarnır ki,illik neft planını yerinə yetirə bilməyən müəssisə bu nefti orda hansı gün üçün, niyə, hansı məqsədlə qalıq neft adı altında saxlayıb?Bu hal idarənin bilərək tənəzzülə doğru aparılması hesab oluna bilər ki nətəicədə Siyəzənnfet NQÇİ mədən halına salınıb Əmirovneft NQÇİ nə birləşdirilsin.Bu da onu sübüt edir ki çənlərdə qalıq neft deyil sadəcə çöküntü olub və bu qara rəngli proses də Hasilat şöbəsinin əli ilə icra edilib çünkü hasilat şöbəsi öz işini icra edə bilmir.Burda əks olunan rəqmələrdən də onların və plan şöbəsinin dəqiq məlumatı var.
Qeyd olunan əməllər aşağıdakı normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulması hesab olunur.
Azərbaycan Respublikası Cinayət məcəlləsinin 308 -ci maddəsinə əsasən bu cür davranış Vəzifə səlahiyyətlərindən sui istifadə etməkdir.
Eyni zamanda Cinayət Məcəlləsinin 309- cu maddəsinə əsasən vəzifə səlahiyyətlərini aşmaqdır.
Cinayət Məcəlləsinin 313- cü maddəsinə əsasən vəzifə saxtakarlığıdır
Sözügedən sabiq rəisin Əmirovneft NQÇİ nə təyin olunması və Siyəzənnfet NQÇİ -nin müstəqil istehsalat vahidi kimi saxlanılmayıb mədən edilməsi planı həmin rəisin rəhbərliyi altında iki NQÇİ nin də birdən məhv edilməsi deməkdir.MəninmRauf Alməmmədova qarşı şəxsi qərəzim yoxdur lakin onun kimi bu idarəni bərbad vəziyyətə salıb rayonun iqtisadi vəziyyətini pisləşdirən rəis hələ bu idarəyə təyin edilməmişdi.Yuxarda qeyd olunun hasilat rəqəmləri mənə etibarlı mənbədən gec ötrülsə də yenə də gec deyil.
Yuxarda qeyd olunanları əsasə alıb bilidiriəm ki NQÇİ-lərdə istehsal göstəricilərinin formalaşdırılması və təsdiqi mexanizmi üzrə SOCAR-ın Baş Audit Xidməti tərəfindən xüsusi və dərinləşdirilmiş auditin aparılmasınıa,audit çərçivəsində hasilat hesabatlarının texnoloji ölçü vasitələri, istismar jurnalları və faktiki quyu vəziyyəti ilə tutuşdurulmasınıa,İstehsal göstəricilərinin saxtalaşdırılmasında, təhrif edilməsində, gizlədilməsində iştirak etmiş vəzifəli şəxslər barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsiniə,audit nəticələri əsasında bu cür maxinasiyaların qarşısını alan şəffaf və nəzarət olunan hesabat mexanizmlərinin tətbiq edilməsinə və ən önəmlisi də Siyəzənnfet NQÇİ -nin müstəqil istehsalat vahidi kimi saxlanmasına ehtiyac var bu barədə ciddi tədbir görülməsini Sizdən xahiş edirəm.Rayonumuzun dirəyi olan NQÇİ nin məhv olmasına göz yumulmasın.
Hörmətlə
Zamiq Eliyev25.01.2026
TEREF

