“Mərcan” klinikasının həkimi Babək Həsənlidən şikayət: Əməliyyatdan sonra beynimdə travma yaranıb…-Video

28-01-2026, 08:17           
“Mərcan” klinikasının həkimi Babək Həsənlidən şikayət: Əməliyyatdan sonra beynimdə travma yaranıb…-Video
2380 manat ödədi,əməliyyatdan sonra burununda fəsad yarandı.

XALQ-ın xəbərinə görə, paytaxt sakini Firuzə Əliyeva iddia edir ki, burun çəpər əyriliyi və rinoplastika əməliyyatından sonra beynində travma yaranıb, gözləri zəifləyib, nəfəss alması çətinləşib. Bundan başqa burun dəliklərininin kanlları arasında iltihablaşa başlayıb.

Onun sözlərinə görə, bir il bundan əvvəl paytaxtdakı özəl klinikalardan birində lor-cərrah Babək Həsənli tərəfindən olunduğu əməliyyat fəsadsız ötüşməyib.

Firuzə Əliyeva iddia edir ki, əməliyyata 2380 manat xərci çıxsa da, burnundakı fəsadlaşmanın müalicəsinə yenidən 6 min mantdan çox pul xərcləyib. Elə buna görə də həkimə qarşı təzminat davası açıb.

Lor cərrah Babək Həsənli ilə də əlaqə saxladıq. O, pasiyentin iddialarına aydınlıq gətirdi. Firuzə Əliyevanın əməliyyatdan sonra tövsiyyə olunan heç bir müalicəni qəbul etmədiyini dedi

Nəsimi rayon Prokurorluğundan “Xəzər Xəbər”ə bildirildi ki, fakt araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]