Respublika Neyrocərrahiyə xəstəxanasının mühafizə rəisi "qoçu"-luq edir - Onun ağzı söyüşlə açılır VİDEO
30-01-2026, 00:09

TƏBİB-in tabeliyində olan Respublika Neyrocərrahiyə xəstəxanasının mühafizə rəisi Faiq Məmmədzadənin cinayət tərkibli hərkətləri artıq əndazəni aşıb.
Xəstəxanadan verilən məlumata görə 2024-cü ilin oktyabrında həkimləri və tabeliyində olan mühafizəçiləri küçə söyüşləri ilə təhqir edən Faiq Məmmədzadə indi də başqa qanunsuz əməllərlə məşğuldur(faktı təsdiq edən səs yazsı var). Söyüş və təhqirlərə görə işdən azad olunması gözlənilən Faiq TƏBİB-in həmin ərəfədəki yoxlamasından sonra xəstəxananın direktoru Fərhad Həsənov tərəfindən qorundu və bir müddət “havası alınan” mühafizə rəisi sakitləşdi.
TEREF yazır ki, poçtumuza daxil olan məqalədə müəllif belə yazır. Məqalə müəllifi aha sonra yazır ki, ancaq ötən ilinin ikinci yarısından başlayaraq Faiq Məmmədzadə Neyrocərrahiyə xəstəxanasında at oynadır.belə ki, köhnə şakərindən əl çəkməyən mühafizə rəisi yenə tabeliyində olanları aşağılamaqla məşğuldur və ən əsası onları günlük “tas” a oturutmağa başlayıb. Mənbənin iddiasına görə o, növbədə olan mühafizəçilərə günlük 30-70 manat civarında plan qoyub. Pullar isə xəstəxanaya müraciət edən pasiyentlərin növbəsiz keçirilməsinin qarşılığında alınır. Əldə edilən pulu isə xəstəxananın direktoru Fərhad həkimlə bölür.
Onun tələblərini yerinə yetirməyənlərin isə iş qrafıkini, növbə saatlarını dəyişir və onlara qarşı aqressiv və kobud davranış sərgiləyir, onları “qaralamaq” üçün müxtəlif bəhanələr edir. Bütün məsələləri öz əlində cəmləyən Fərhad Həsənov mühafizə rəisi Faiq Məmmədzadənin əli ilə müəssisəni sanki öz şəxsi obyekti kimi idarə edir, vətəndaşlara tibbi xidmət göstərmək əvəzinə, gestapo rejimi yaratmaqla qoçuluq edir.
Əgər onun bu cinayət tərkibli əməllərinə son verilməsə,onun barəsində ən ağır cəza tədbiri görülməsə, çox ciddi əks səda olacaq.Mənbə belə iddia edir. Ancaq 2024-cü ildən indiyə kimi görünüən odur ki,xəstəxana dirketoru Fərhad Həsənovla yanaşı,TƏBİB də bu tərbiyəsizi müdafiə edir.Ya da TƏBİB belə adamları orada saxlamaqla dövlətə qarşı narazı olanların sayının artırılmasına çalışır.Belə adamlar hansı qüvvələr tərəfindən himayə olunur? Hansı görünməz əllər tərəfindən yönəldilir???Bütün bunlar çoxlu suallar yaradır.
TEREF yazır ki, Faiq Məmmədzadənin özünü aparmağı və işçilərlə necə danışdığını göstərən audi yazı var.Lakin həddən artıq sünzuradan qıraq söyüşlərlə dolu olduğuna görə burda yerləşdirmədik!
Xəstəxana ilə əlaqə saxlayıb məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsəkdə alınmadı.
Adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq!
TEREF

