Nazirliyin fəaliyyətində nöqsanlar aşkarlanıb: Olimpiya idman kompleksləri idmanın inkişafı istiqamətində fəaliyyəti….

30-01-2026, 10:34           
Nazirliyin fəaliyyətində nöqsanlar aşkarlanıb:
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

XALQ xəbər verir ki,iclasın birinci hissəsində 2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmiş tabeliyindəki olimpiya idman kompleksləri vasitəsilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinin auditinin nəticələri Hesablama Palatasının auditoru Vəfa Mütəllimova tərəfindən təqdim edilib.

Müzakirələrdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin şöbə müdirləri və digər məsul şəxs iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin Hesablama Palatasının təklif və tövsiyələri nəzərə alınacaq.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

İclasın ikinci hissəsində 2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.

İclasın sonunda gündəlikdə olan digər məsələlərə baxılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]