Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir... - VİDEO

30-01-2026, 11:27           
Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir... - VİDEO
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, paytaxtda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məqsədilə ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Həmin layihələrdən biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirən yeni yolun tikintisidir. Layihənin icrası “Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən həyata keçirilir.

Patrul.az xəbər verir ki, artıq bir neçə aydır tikinti işlərinə start verilib və bir sıra ərazilərdə aktiv fəaliyyət müşahidə olunub. Lakin iddialara əsasən, layihənin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindən keçən hissəsində bir neçə gündür ki, işlər dayanıb. İddia olunur ki, fasilənin əsas səbəbi tikintidə çalışan işçilərin əməkhaqqısının ödənilməməsidir.

Tikinti sahəsində müşahidə olunan durğunluq isə həm ərazidə yaşayan sakinlərin, həm də yoldan istifadə edən sürücülərin diqqətini çəkir. Sakinlər işlərin dayanmasının layihənin ümumi icra qrafikinə təsir göstərə biləcəyindən narahat olduqlarını bildirirlər.

Qeyd edək ki, sözügedən yol layihəsi tamamlandıqdan sonra ərazidə nəqliyyat axınının rahatlaşacağı, alternativ marşrutların yaranacağı və sıxlığın azalacağı gözlənilir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Məsələ ilə bağlı rəsmi qurumların və məsul şəxslərin açıqlamasını təqdim edəcəyik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]