Appro Hospital”da 1 saatda 5 ölüm halı… “Xəstəxana deyil, qəssabxanadır” – Şikayət

Dünən, 00:04           
Appro Hospital”da 1 saatda 5 ölüm halı…
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Appro Hospital”da ürəyinə stend qoyulan xəstə dünyasını dəyişib.

Bu barədə sosial şəbəkədə jurnalist, mərhumun qohumu Həbibə Abdulla yazıb. O bildirib ki, sözügedən klinikaya gedən xəstənin bu günə qədər heç bir problem olmayıb və üstəlik ölüm halı ilə bağlı ailəyə çox gec məlumat verilib:

Ramanada “Appro Hospital” 56 yaşlı Rafiq Xəlilovu – indiyədək ürəyindən bir dəfə də şikayəti olmayan dağ kimi adamı öldürüb verib ailəsinə. Stend qoyublar guya… Yaxınlarına öldü-qaldısını da deməyiblər nə qədər müddət. Yoldaşımın əmisidir rəhmətə gedən.

1 saat xəstəxanada olduq, 5 ölüm halı haqda eşitdik. Xəstəxana deyil, qəssabxanadı elə bil. Mühafizəçiləri veriblər qabağa, xəstə (ölü) yiyələri ilə arada qan düşsə, cavab da verməyəcəklər”.

Məsələ ilə bağlı “Appro Hospital”la da əlaqə yaratmağa çalışdıq. Lakin davamlı cəhdlərimizə baxmayaraq, klinikadan zənglərimizə cavab verən olmadı.
32gun












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]