Tamstore” çəkidə və qiymətdə müştəriləri aldadır

5-02-2026, 08:34           
Tamstore” çəkidə və qiymətdə müştəriləri aldadır
“Tamstore” marketlər şəbəkəsi istehlakçıları çəkidə, qiymətdə aldatdığı üçün barəsində cərimə protokolu imzalanıb.

Bizimesr.az xəbər verir ki, “Tamstore” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozub.

Tələbi pozulan maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

“Tamstore”la bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 5 fevral tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Tamstore” MMC mağazalar şəbəkəsi kimi fəaliyyət göstərir, Ceyhun Yusubovun baş direktor olduğu “Avrora Qrup”a daxildir. Qrupun prezidenti tanınmış iş adamı Ceyhun Abbasovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru