Sabiq məmur daha bir şadlıq sarayını aldı

15-02-2026, 09:34           
Sabiq məmur daha bir şadlıq sarayını aldı
Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda daha bir şadlıq sarayı alıb.

Bizimesr.az xəbər verir ki, bu, “Yasmin” şadlıq sarayıdır.

Məlumatda bildirilir ki, keçmiş məmur obyektin profilini dəyişmək niyyətində deyil. Yəni, obyekt şadlıq sarayı kimi fəaliyyətini davam etdirəcək. Amma bəzi məluamtlara görə, obyektin restoran kimi fəaliyyət göstərməsi də istisna deyil.

Cavanşir Yusifov bundan əvvəl Şəmkirdə fəaliyyət göstərən “Murovdağ” şadlıq sarayını almışdı. Həmin şadlıq sarayı Cavanşor Yusifovun oğlu Rüfət Yusifovun adına rəsmiləşdirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun qardaşı olan Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru