Respublika Neyrocərrahiyyə Xəstəxanasında nə baş verir? - Pasiyent əməliyyatdan sonra iflic olub - VİDEO

19-02-2026, 11:38           
Respublika Neyrocərrahiyyə Xəstəxanasında nə baş verir? -
Üç ay əvvəl beyin əməliyyatı keçirən 56 yaşlı qadın iflic olub.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, cərrahiyyə əməliyyatı Respublika Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilib.

İflic olan Xalidə Yaradovanın oğlu Elməddin Yaradov iddia edir ki, xəstəxanada pasiyentə göstərilən etinasız münasibət nəticəsində qadının vəziyyəti daha da ağırlaşıb.

Elməddin Yaradov bildirib ki, əməliyyatı xəstəxananın həkim-neyrocərrahı Elşən Hüseynzadə icra edib.

Məsələ ilə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyindən münasibət öyrənmək cəhdləri hələlik nəticəsiz qalıb. Müəssisənin baş həkimi Elçin İbrahimov və direktoru Fərhad Həsənov iddialara rəsmi cavab verməkdən yayınıblar.

Əməliyyatı həyata keçirən həkim Elşən Hüseynzadə isə ailənin ittihamlarını rədd edib.

Elşən Hüseynzadə qeyd edib ki, əməliyyatdan sonra bədənində problem olmayan pasiyentlərdə yaralar çapıqlaşır, lakin Xalidə Yaradovada tam əksinə olub. Tibbi xidmət vaxtında göstərilsə də, şəkər xəstəliyi onun tam sağalmasına, yaraların qapanmasına imkan vermir.

Xəstənin dərman təminatı məsələsinə gəlincə, Elşən Hüseynzadə əməliyyat da daxil olmaqla, bütün bu xidmətlərin İcbari Tibbi Sığorta hesabına həyata keçirildiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru