Göl qurudulur qanunsuz tikinti aparılır: “Makler evləri” keyfiyyətlidir?-Video

23-02-2026, 00:10           
Göl qurudulur qanunsuz tikinti aparılır:
El arasında “makler evləri” kimi tikilən evlərin keyfiyyəti nə qədərdir?

Son zamanlar Bakının kənd və qəsəbələrində “makler evləri” adlandırılan tikililərin inşası artıb. Bu evlərin qiyməti nisbətən ucuz, tələbat isə yüksəkdir. Lakin onlara münasibət birmənalı deyil. Sakinlərdən biri bildirib ki, belə evlər keyfiyyətli deyil. Digər bir vətəndaş isə vurğulayıb ki, bu tip evlərin birini cəmi 15-20 günə tikirlər. İnşaat eksperti Şirin Şərifovun sözlərinə görə, münasib qiymət və həyətyanı sahənin olması bəzi vətəndaşların bu cür evlərə üstünlük verməsinə səbəb olur: “Lakin burada bazar qiymətlərinə mütləq diqqət yetirmək lazımdır.

Orta keyfiyyətli materiallarla hazırda həyət evinin tikintisi (təmir daxil) hər kvadratmetr üçün təxminən 300-350 manata başa gəlir. Əgər alınan mənzilin bir kvadratmetri bu məbləğdən aşağıdırsa, belə olan halda keyfiyyətdən söhbət gedə bilməz. Hazırda müşahidə edirik ki, torpaq sahələri alınır və xüsusi komandalar tərəfindən evlər tikilərək satışa çıxarılır. Bu zaman istifadə olunan tikinti materiallarının keyfiyyəti istər-istəməz aşağı düşür. Nəticədə, sakinlər köçdükdən sonra əlavə təmir işləri aparmağa, infrastruktur və konstruktiv dəyişikliklər etməyə məcbur qalırlar”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru