“Beauty Derm” Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq? -Video

25-02-2026, 10:08           
“Beauty Derm” Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq? -Video
Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə beyin travması alıb, 5 aydır şiddətli ağrılardan əziyyət çəkir.

XALQ-ın xəbərinə görə, uğursuz estetik əməliyyatın qurbanı olduğunu iddia edən Gülnarə Həmidova deyir ki, tik-tok sosial sosial platformasında qarşısına çıxan “Beauty Derm” Estetik Mərkəzinə və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib.

Üzgərmə əməliyyatı üçün müraciət etdiyi klinikadan evinə iflic vəziyyətində dönüb.

O iddia edir ki, bu əməliyyat üçün “Beauty Derm” Estetik Mərkəzinə 2000 min manat pul ödəyib. İlk estetik əməliyyatdan sonra evə gələndə səhhəti qəflətən pisləşir. Evdə yıxılaraq huşunu itirdiyini iddia edən Gülnarə Həmidova Esmira İbrahimovaya zəng etsə də dəstəyi qaldıran olmur.

Əfsanə Yusifova və Fərqanə Xasməmmədova da iddia edir ki, dodağına vurulan süni gelin çıxarılması məqsədi ilə özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib . Əməliyyatdan sonra hər iki pasiyentin dodaq nahiyyəsində əyilmə yaranıb, tikiş işlərinin çapığı ciddi iz qoyub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Qeyd edək ki, bir neçə müddət öncədə “Beauty Derm” Estetik Mərkəzinə və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimli ilə bağlı şikayətlər yayımlanıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru