Kəmaləddin Heydərovun oğulları kino biznesinə giriblər?

29-03-2026, 09:55           
Kəmaləddin Heydərovun oğulları kino biznesinə giriblər?
"Çörəhverən" nazirin "çörəhverən" oğulları
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat Heydərovlar ötən il ekranlara çıxan "Dead of Winter" (Azərbaycanca "Qışın ortasında") triller filmində icraçı prodüser (Executive Producer) kimi iştirak ediblər.
Lakin bu məlumat Azərbaycan ictimaiyyətinə açıqlanmayıb.

Kino sənayesində onların vəzifəsini belə izah etmək olar: icraçı prodüserlər adətən filmin çəkilməsi üçün lazım olan kapitalı ya özləri birbaşa yatırır, ya da kənar investisiyaların və fondların cəlb olunmasını təmin edirlər.
Nicat Heydərov qardaşı Tale Heydərovla birlikdə büdcəsi açıqlanmayan filmin maliyyələşdirilməsi və istehsalında iştirak ediblər. Amma necə və nə qədər, burası da məlum deyil.

Məlum olan odur ki, filmin çəkilişlərinə Alman Federal Film Fondu (DFFF) 2.6 milyon avro və "Film- und Medienstiftung NRW" fondu 1 milyon avro dəstək verib.
Filmdə baş rolları dünya şöhrətli aktrisalar Emma Thompson (Barb rolu) və Judy Greer canlandırıblar.
Film Minnesota ştatında baş verən güclü qar fırtınası zamanı bir yeniyetmənin qaçırılmasının şahidi olan dul bir balıqçı qadının (Emma Thompson) mübarizəsindən bəhs edir.
Cavanşir Həsənli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru