İcra başçısı örüş-otlaq sahələrini əkdirir - SAKİNLƏR NARAZIDIR

Bu gün, 09:58           
İcra başçısı örüş-otlaq sahələrini əkdirir - SAKİNLƏR NARAZIDIR
Qobustan Rayonunun fermerləri icra hakimiyyətinin başçısı Adil Məmmədovdan şikayətçi düşüb.

Gununsesi.info-ya məlumat verən yerli sakinlərin sözlərinə görə, buna səbəb icra başçısının rayonun örüş-otlaq sahələrini əkin üçün şumlatması olub.

Belə ki, böyük fermer təsərrüfatlara sahib olan Adil Məmmədov bələdiyyə torpaqlarını və dövlət torpaqlarını öz məqsədləri üçün ələ keçirib.

Sakinlər bildirir ki, icra başçısı bu prosesi ayrı-ayrı adamların adı ilə həyata keçirir:

“Amma Qobustan balaca rayondur, hər kəs bilir ki, bu fermer təsərrüfatlar onundur. Biz rayondakı durumla bağlı Prezident Administrasiyasına müraciət etmişik. Kiçik araşdırma kifayyətdir ki, real mənzərə təsdiqlənsin”.

Məsələ ilə bağlı Adil Məmmədovun mövqeyini öyrənməyə çalışsaq da, icra başçısı telefon zənglərimizi cavabsız qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru