Səudiyyə Ərəbistanı İsrail ilə münasibətləri normallaşdırmaq üçün şərtini açıqladı

Bu gün, 08:45           
Səudiyyə Ərəbistanı İsrail ilə münasibətləri normallaşdırmaq üçün şərtini açıqladı
Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılması ilə bağlı razılaşmalar əldə olunana qədər İsrail ilə münasibətləri normallaşdırmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Xarici mediada yayılan məlumatlarda qeyd olunub ki, krallığın mövqeyi dəyişməyib və Fələstin dövlətinin yaradılması mütləqdir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, “İbrahim sazişləri”nin genişləndirilməsi prosesi Səudiyyə Ərəbistanı və Qətərin onlara qoşulması ilə başlamalıdır.

ABŞ liderinin sözlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan, Qətər əmiri Təmim bin Həməd Əl Tani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, İordaniya kralı II Abdullah və digər liderlərlə danışıqlar zamanı “İbrahim sazişləri”nin genişləndirilməsi müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru