BOKT “AZPUL” bəlası... - Səbəbsiz zənglər insanları bezdirib

Bu gün, 00:08           
BOKT “AZPUL” bəlası... -
Son aylarda sosial şəbəkələrdə “AzPulmat”dan gələn zənglərlə bağlı narazılıqlar artmaqdadır. Bir çox vətəndaş platformanın kredit və borc xatırlatma zənglərinin onları narahat etdiyini bildirir.

Bizimesr.com bildirir ki, vətəndaşlardan yazır ki, tanımadıqları şəxslər onların nömrəsini əlaqə kimi göstərib və bundan sonra uzun müddət ərzində davamlı zənglər alırlar: “Bir ildir məni boğaza yığıblar. Dedim həmin şəxsi tanımıram, zamin deyiləm. Nömrəmi sistemdən silin, guya siliblər, amma yenə zənglər gəlir.”

Oxşar şikayətlərin sayının artdığı bildirilir və sosial şəbəkələrdə bu mövzu geniş müzakirə olunur.

“AzPulmanat” kimi platformalar adətən mikrokredit xidmətləri göstərir. Belə sistemlərdə kredit alan şəxslərdən əlavə əlaqə nömrələri (tanış və ya qohumlar) tələb oluna bilər. Borc ödənilmədikdə isə həmin əlaqə nömrələrinə də xatırlatma və ya məlumatlandırma zəngləri edilə bilər.

Lakin vətəndaşların əsas narazılığı onların heç bir öhdəlik daşımadığı halda təkrar-təkrar zənglərlə narahat edilməsidir.

Mütəxəssislərin fikrincə, bu cür hallarda şəxsi məlumatların istifadəsi və üçüncü şəxslərə zənglərin edilməsi məsələsi qanunvericilik çərçivəsində araşdırılmalıdır. Xüsusilə şəxsin razılığı olmadan nömrəsinin sistemdə saxlanılması və istifadəsi məlumatların qorunması qaydaları baxımından suallar yaradır. Eyni zamanda, bu tip şikayətlər üzrə aidiyyəti dövlət qurumlarının araşdırma aparması və platformaların fəaliyyət qaydalarının yoxlanılması vacibdir.

Artan şikayətlər fonunda “AzPulmat” rəhbərliyi qətiyyən narahat deyil və heş bir rəsmi açıqlama da verilmir.

Bizimesr.com













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru