"Harri Potter" kitabının ilk nəşri rekord qiymətə satıldı - MƏBLƏĞ

Bu gün, 10:24           
"Harri Potter" kitabının ilk nəşri rekord qiymətə satıldı - MƏBLƏĞ
Coan K. Roulinqin 1997-ci ildə 4,99 funt sterlinqə (2026-cı ilin qiymətləri ilə təxminən 13 dollara) satın alınması mümkün olan “Harri Potter və fəlsəfə daşı” kitabının ilk nəşri İngiltərədə hərracda 17 min funt sterlinqə (23 min dollara) satılıb.

Bu barədə “The Mirror” qəzeti məlumat yayıb.

Məlumata görə, yumşaq cildli kitab Edinburqdan olan kitab resenzenti Katrina Maknikola məxsus olub. Həmin vaxt 24 yaşı olan Maknikol onu bukinist mağazasından alıb, lakin oxumağa vaxt tapmayıb. O, tamamilə yeni olan kitabı qutuya qoyub və kitab qadın yığılıb qalmış əşyalarını satmaq qərarına gələnə qədər – təxminən 30 il çardaqda qalıb.

İngiltərənin Liçfild şəhərində (Staffordşir qraflığı) nadir kitabların hərracını keçirən “Hansons” hərrac evi bu nüsxəni “son dərəcə nadir” adlandırıb və demək olar, yeni vəziyyətdə olduğunu açıqlayıb.

Məqalədə qeyd olunub ki, “Harri Potter və fəlsəfə daşı” ilk dəfə işıq üzü görəndə “Bloomsbury Publishing” nəşriyyatı məhdud tələbat gözləyirdi və bərk cilddə cəmi 500 nüsxə, yumşaq cilddə isə 5 mindən bir qədər çox nüsxə çap etmişdi. Nəticədə ilk nəşrlər kolleksiyaçılar arasında ən çox tələb olunan müasir kitablardan birinə çevrilib. İlk nəşr kitabın arxa qapağındakı iki səhvlə tanınır – belə ki, “fəlsəfə” (Philosopher’s) sözü ikinci “o” hərfi olmadan yazılıb.

2017-ci ildə kitabın Roulinq tərəfindən imzalanmış ilk nəşri Londondakı “Bonhams” hərrac evində rekord məbləğə – 106 min funt sterlinqə (140 min dollara) satılmışdı. Britaniyalı yazıçının əsərlərinin yeddi cildi 1997-ci ildən 2007-ci ilə qədər işıq üzü görüb. 80-dən çox dildə nəşr olunan kitabların ümumi tirajı 500 milyon nüsxəni ötür. Roulinqin bu əsərləri əsasında ondan çox bədii film çəkilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru