Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT/FOTOLAR

Bu gün, 17:32           
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü -
“Finex Kredit” BOKT-un maliyyə vəziyyətində ciddi geriləmə qeydə alınıb.Mediatvaz.com xəbər verir ki, bu barədə sözügedən BOKT 31 dekabr 2025-ci il Maliyyə Hesabatında bildirib. Şirkət 2025-ci ili 1 milyon 374 min manat zərərlə başa vurub. Halbuki, 2024-cü ildə cəmi 1260 manat mənfəət açıqlanmışdı. Beləliklə, BOKT-un maliyyə nəticəsi bir il ərzində təxminən 1 milyon 375 min manat pisləşib.

Şirkətin aktivləri də kəskin azalıb. 2024-cü ilin sonunda 3 milyon 789 min manat olan aktivlər 2025-ci ilin sonunda 1 milyon 860 min manata düşüb. Kredit portfeli isə 27,8 faiz azalaraq 1 milyon 960 min manat təşkil edib.

Gəlirlərdə də azalma müşahidə olunur. Faiz gəlirləri 17,8 faiz, xalis faiz gəlirləri isə 24 faiz geriləyib. Bununla yanaşı, komissiya və inzibati xərclər artıb.

Ən böyük zərbə isə problemli kreditlər və digər aktivlər üzrə yaradılan ehtiyatlardan gəlib. Şirkət vaxtı keçmiş kreditlər və digər riskli aktivlər üzrə ümumilikdə 1 milyon 112 min manat ehtiyat ayırıb. Məhz bu amil “Finex Kredit”in mənfəətdən iri həcmli zərərə keçməsinə səbəb olub.
Nağd vəsaitlər də bir il ərzində 90 faizdən çox azalaraq 392 min manatdan 38 min manata düşüb. Şirkətin kapitalı isə 11,8 faiz azalıb.
Beləliklə, “Finex Kredit” BOKT 2025-ci ildə zəifləyən aktiv bazası, daralan kredit portfeli və böyük zərərlə diqqət çəkib.

Qeyd edək ki, “Finex Kredit” BOKT-un direktoru Leyli Məmmədova Cəlal qızıdır. O, bu vəzifəyə 2025-ci ilin oktyabr ayında təyin edilmişdi.
Hazırda “Finex Kredit” BOKT-da qeydə alınan bu ciddi maliyyə geriləməsi şirkətin rəhbərliyində təmsil olunan Leyli Məmmədovanın fəaliyyəti fonunda da diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.(Tribuna.az)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru