Rusiyada dələduzlar onlayn oyun oynayan uşağı aldatdılar: Kart məlumatlarını ələ keçirdilər

Bu gün, 17:38           
Rusiyada dələduzlar onlayn oyun oynayan uşağı aldatdılar: Kart məlumatlarını ələ keçirdilər
Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo rayonunda 11 yaşlı oğlan dələduzların qurbanı olub. Hazırda polis faktla bağlı cinayət işini araşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, uşaq anasının telefonunda mobil oyun oynayarkən naməlum şəxs çatda ona yazaraq pulsuz oyun valyutası əldə etməyi təklif edib.

Daha sonra oğlana mesencerə keçmək tapşırılıb. Orada dələduz uşağı anasına məxsus bank kartının şəklini göndərməyə və telefona gələn təsdiq kodunu paylaşmağa razı salıb.

Nəticədə qadının bank hesabından 60 min rubl (təxminən 1432 manat - red.) silinib. Bununla yanaşı, uşaq dələduzların göstərişi ilə bank bildirişlərini və mesencerdəki yazışmaları da silib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru