Təyyarə paraplanı parçaladı: İdmançı ölümün bir addımlığından döndü - VİDEO

Bu gün, 16:44           
Təyyarə paraplanı parçaladı: İdmançı ölümün bir addımlığından döndü - VİDEO
Avstriyada yüngülmühərrikli təyyarə havada paraplançı qadınla toqquşub, lakin o, möcüzə nəticəsində sağ qalaraq yerə enə bilib.

Hadisənin təfərrüatını "Kronen Zeitung" nəşri yayıb.

44 yaşlı idmançı Şmittenhöe təpəsindən havaya qalxaraq Pintsqau vadisi üzərində uçuş həyata keçirirmiş. Bu zaman Tirol bölgəsindən olan 28 yaşlı pilotun idarə etdiyi "Cessna" markalı təyyarə onunla toqquşub.

Təyyarənin pəri paraplanın qübbəsini demək olar ki, tamamilə parçalayıb.
Qadın böyük çətinliklə ehtiyat paraşütünü açaraq ölümdən xilas ola bilib. O, yalnız yüngül xəsarətlər alıb. Təyyarə isə Zell-am-Zee hava limanına uğurla eniş edib. Hadisə paraplançının sinəsinə bərkidilmiş kamera tərəfindən qeydə alınıb. Xilasedicilər baş verənləri inanılmaz şans adlandırıblar. Toqquşmanın səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru