Qazaxda bayrağımız bu halda – yerli hakimiyyət hara baxır – FOTO

16-07-2018, 00:38           
Qazaxda bayrağımız bu halda – yerli hakimiyyət hara baxır
Bu fotonu saat 17.30 radələrində Qazaxda olan musavat.com müxbiri çəkib. Fotodan da göründüyü kimi, bayrağımız küləkdən paramparçadır.
Musavat.com bildirir ki, texnologiyanın indiki səviyyəsində üzərində cib telefonu olan hər kəs havanın necə olacağını günlər öncədən dəqiq müəyyən edə bilər. Bunun üçün gündə 2-3 saniyə telefonuna baxmaq kifayətdir.

Lakin görünür, Qazaxın yerli hakimiyyətinin başı başqa şeylərə qarışıb. Havaların küləkli olacağı öncədən bəlli olsa da, müvafiq sturukturlar səhlənkarlıq etmiş, dövlət bayrağını endirməmiş, nəticədə içlər acıdan bu səhnə ortaya çıxıb.

Musavat.com xatırladır ki, Qazax Azərbaycanın Qərb qapısıdır, ölkəmizə quru yollarla gələn -gedən hər kəs bu rayondan keçir. Bu baxımdan, Qazax İcra hakimiyyətinin bu səhlənkarlığı cinayət səviyyəsindədir.

Milli qəhrəmanımız Ramil Səfərov bayrağımıza həqarət edən erməni zabitini, bu həqarətə dözməyərək, haqlı yerə cəzalandırıb.

Bəs, bayrağımızı bu hala salan məsul şəxsi icra başçısı Rəcəb Babaşov cəzalandıracaqmı?

Onun özünü necə, cəza gözləyirmi?
Teref.info olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru