Film Məshəti Gəncəvinin həyatı haqqında deyil – Sabiq nazirin qızı danışdı

5-12-2025, 00:12           
Film Məshəti Gəncəvinin həyatı haqqında deyil –
Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa geniş müzakirələrə səbəb olub.

Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir.

Şura həm manipulyativ təqdimatları, həm də kontekstdənkənar mənalandırma cəhdlərini əsas gətirərək filmə lisenziya verilməsini məqsədəuyğun saymayıb.

TEREF xəbər verir ki, Modern.az məsələ ilə bağlı filmin rejissor və ssenari müəllifi, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva ilə əlaqə saxlayıb.

Suad Qarayeva Bədii Şuranın qərarını təəssüflə qarşıladığını bildirib:

“Əlbəttə, film üzərində çalışanda birinci öz yerli auditoriyanı fikirləşirsən, öz yaxınlarını. Nəsə təzə bir şey etməyə çalışırsan ki, sonra ona baxan tamaşaçı öz rəyini bildirsin. Bu rəylər həmişə pozitiv olmaya bilər, amma yenə də nə qədər müzakirə varsa, o qədər yaxşıdır – diskussiya sənət üçün vacib prosesdir. Hamımız ondan nəsə öyrənirik. Bakı Festivalının komandası ilə də ünsiyyətdə idim, təəssüf olsun ki, lisenziyasız göstərə bilmirlər”.

O, sosial mediada tənqidlərə də cavaba verib: “Birinci fikirlərimi özüm yazdım, çünki film ilk öncə rejissorun və prodüserlərin öhdəliyidir. Fikirləşirəm ki, sənətin hər hansı formasına Şura baxışı bizi incəsənət baxımından geri saxlayır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]