“Kimin pulu çoxdursa şəhərin mərkəzində, asfaltın ortasında ev tikir, kanalizasiya iflic vəziyyətdədir”-ÖZƏL

29-03-2026, 11:34           
“Kimin pulu çoxdursa şəhərin mərkəzində, asfaltın ortasında ev tikir, kanalizasiya iflic vəziyyətdədir”-ÖZƏL
“Bakıda ab-hava heç də yaxşı deyil. Şəhər suyun altında qalıb. Mən Gədəbəyliyəm, dağlar oğluyam. Mənə zaval yoxdur. Badamdarda yaşayıram. Ora da yağdı, amma selin qabağını ala bildilər”

Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, fizioloq Rəşid Mahmudov bildirib. O daha sonra güclü yağışların yağmasına səbəb ekologiyanın çirklənməsini göstərib:

“Bu o deməkdir ki, müharibə gedir. Müharibənin qoxusu, bombası, bütün insanların zibilləri yağışların güclü yağmasına bir səbəbdir. Yer üzünü Allah insanlara təmiz verib. İnsanlar çirkəndirdilər, Allah da yuyub apardı. Bunun cavabı budur” deyə o bildirib.

Rəşid Mahmudov Bakı küçələrində kanalizasiya sisteminin iflic vəziyyətdə olduğunu bildirib:

“Bakıda şəhərsalma varmı? Kimin pulu çoxdursa şəhərin mərkəzində, asfaltın ortasında ev tikir. Buna görə də kanalizasiya sistemi iflic vəziyyətdədir” deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru