“1994-cü ildə ilk neft müqaviləsi imzalanmasaydı, Azərbaycanın inkişafını təsəvvür etmək çox çətin olardı” - Prezident İlham Əliyev

2-06-2015, 10:11           
“1994-cü ildə ilk neft müqaviləsi imzalanmasaydı, Azərbaycanın inkişafını təsəvvür etmək çox çətin olardı” - Prezident İlham Əliyev
"1994-cü ildə ilk belə sərginin keçirilməsi çox mühüm idi, o ildən sonra Azərbaycan inkişaf etməyə başladı. Azərbavycan 1992-1993-cü ildə böhranla üzləşmişdi, nqeft sənayesində böhran vardı. 1994-cü ildə birinci sərgi Azərbaycanı dünyaya tanıtdı".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin (“Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, bu sərgilər Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir: “Sərgidə 300 şirkət iştirak edir. Ötən müddətdə sərgiyə maraq azalmayıb. 1994-cü ildə birinci Xəzər Neft və Qaz Sərgisindən sonra Azərbaycanın neft strategiyası yaradılıb. 1994-cü ildə ilk neft müqaviləsi imzalanıb. O müqavilə imzalanmasaydı, Azərbaycanın inkişafını təsəvvür etmək çox çətin olardı. Baxmayaraq ki, Azərbaycan o dövrdə riski ölkə sayılırdı, ancaq həm investorların, həm də Azərbaycanın maraqları üst-üstə düşürdü. Bu, Azərbaycanın inkişafını təmin etdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru