Moskva "Bizim Cəbiş müəllim" filmindən hansı epizodların çıxarılmasını istəmişdi?
21-10-2025, 12:04

Keçən əsrin 60-70-ci illəri Azərbaycan ədəbiyyatının intibah dövrü idi. Həmin dövrdə kinoda, teatrda, rəssamlıqda, musiqidə, ümumiyyətlə mədəniyyətin bütün sahələrində ən gözəl əsərlər, ən peşəkar sənətkarlar meydana çıxmışdı. "Bizim Cəbiş müəllim" filmi də bu baxımdan dövrün ən yaddaqalan sənət nümunələrindən biridir. Halbuki, film heç zaman layiq olduğu dəyəri ala bilmədi.
Filmdə hadisələr lI Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvimucalığından söhbət açılır. Baş rolu oynayan aktyor Süleyman Ələsgərov obrazı çox ustaca canlandırmışdır. Deyilənə görə o real həyatda da xaraktercə bu obraza çox oxşayırmış.
Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq filmində Nəcəfov obrazının dili ilə söylənilib.
Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dililə deyilən faktların çıxarılmasına göstəriş verir. Ancaq rejissor Həsən Seyidbəyli buna razı olmur. O gərgin mübahisədən sonra istədiyinə nail olur və kadrlar filmdən çıxarılmır.
Gülnar Abbasova
Teref.net

